Elektrik-Elektronçu

Kürdəmir

Azersun Holding

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Fermada istifadə olunan bütün avadanlıqların sazlığına nəzarət etmək;
  • Afimilk sistemə aid olan bütün qurğu və avadanlıqların təmir baxım planını həyata keçirmək;
  • Sağımxana sisteminə aid olan bütün avadanlıqların saz vəziyyətdə qalmasını təmin etmək, stok durumunu nəzarətdə saxlamaq;
  • Süd depolama, süd çatdırılma prosesini norma daxilində həyata keçirmək;
  • Sağımxana avadanlıqlarının quraşdırılmasını, periodik yoxlanışını, təmirini həyata keçirmək;
  • Soyutma sistemlərini daim nəzarətdə saxlamaq, vaxtlı-vaxtında təmir etmək;
  • Ferma pərdələmə sistemini nəzarətdə saxlamaq, gübrə daşıma (skreyper) prosesini izləmək.

İş Şərtləri:

  • Həftə içi 5 gün, saat 09:00-18:00-dək.

İş yeri:

  • Kürdəmir rayonu;
  • Digər bölgələrdən işçi alınacağı təqdirdə yaşayış yeri və gün ərzində 3 dəfə qidalanma şirkət tərəfindən qarşılanacaqdır.

Xüsusi tələblər

  • Ali texniki təhsilli olmalı;
  • Sahə üzrə 1-3 il iş təcrübəsi olmalı;
  • Afimilk sürü idarəetmə proqramını və sağımxana sistemini bilməli;
  • Havalandırma (ventilyasiya sistemi) fanlarının iş prinsipini bilməli;
  • CIP və sağımda istifadə olunan təmizləyici maddələri tanımalı, istifadə norma və qaydalarını bilməli.
  • Elektrik qurğuları və avadanlıqların istismarı, təmiri və xidməti üzrə mütərəqqi təcrübəsi olmalı;

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi e-mailin mövzu hissəsinə "Sağımxana və avadanlıqlar nəzarətçisi​​​​​​​ " qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.

Oxşar vakansiyalar

 
  • Xırdalan

  • 450 AZN dən

Premium
 
  • Bakı

  • 800 - 1500 AZN

  • Bakı

  • Razılaşma yolu ilə

  • Bakı

  • Razılaşma yolu ilə

  • Bakı

  • Razılaşma yolu ilə

 
  • Bakı

  • 100 AZN

Telegram kanalımız