Mühasibat uçotunun aparılması qaydalarını rəhbər tutaraq rəsmi mühasibat uçotunun aparılması;
Dövlət büdcəsinə ödənişlərin düzgün hesablanılması və vaxtında köçürülməsi, Vergilər üzrə hesabatların tərtib/təqdim edilməsi, Dövlət Sosial Müdafiə Fonduna hesabatların təqdim edilməsi və sosial ayırmaların hesablanmasını təmin etmək;
Kassa və bank əməliyyatlarının, əsas vəsaitlərin və öhdəliklərin, qeyri-material aktivlərin, az dəyərli əşyaların, material ehtiyyatlarının və hesab- fakturaların uçotunu aparmaq;
Rəsmi daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsi;
Vergi orqanlarından daxil olan məktubların nəzarətdə saxlanılması və müvafiq yazışmaların aparılması;
Mühasibat sənədlərinin saxlanılması, qorunması və müəyyən olunmuş müddətlərdə arxivə təhvil verilməsini təşkil etmək;
İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək;
Əməkhaqqı fondunun xərclənməsinə ştat cədvəlinə uyğun olaraq nəzarət etmək;
İş qrafiki: 5 günlük.
Xüsusi tələblər
Yaş: 25-35;
Cinsi: Kişi;
Təhsil: Ali iqtisadi təhsil;
Təcrübə: Mühasib kimi istehsalat, xidmət və satış sektorunda 1 il iş təcrübəsi;
Kompüter bacarıqları: MS Office proqramlarını bilməli (mükəmməl Excel bilikləri), 1C 7.7 və 8.3 rəsmi mühasibatlığın işlənməsi;
Mühasibatlıqla bağlı yerli qanunvericiliyi bilməli;
Rəsmi hesabatların hazırlanması və təqdim olunması proseduralarını bilməli;
Elektron hökümət portalı ilə işləyə bilmə qabiliyyəti;
Ünsiyyət qurmaq və danışıqlar aparmaq bacarığı;
Fərdi və kollektivdə işləmə qabiliyyəti;
Gərgin mühit və qrafikdə səmərəli işləmə bacarığı.