Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Aparıcı mütəxəssis vəzifəsinə ali peşə (texniki) təhsili və tikinti sahəsində mühəndis-texniki vəzifələrdə ən azı 3 il iş təcrübəsi olan şəxs təyin olunur.
  • Aparıcı mütəxəssis vəzifəsinə təyinat və vəzifəsindən azad edilmə Şirkət Direktorunun Əmri ilə həyata keçirilir və bilavasitə Şirkət Direktoruna tabedir.
  • Şirkətin struktur bölməsi olan inşaat sektorunun texniki şöbəsinin aparıcı mütəxəssis vəzifəsini daşıyan mühəndis hal-hazırda tikinti, təmir, layihə, smeta istiqamətləri üzrə fəaliyyətində ona rəhbərlik tərəfindən təyin edilmiş öhdəlik və səlahiyyətləri həyata keçirir. - Şirkət tərəfindən hazırlanan , eləcə də icra olunacaq obyektlərin layihələrinin daxili rəhbərlik və kənar sifarişçi təşkilatın verdiyi “layihə tapşırığı” əsasında tam və qüvvədə olan normativlərə uyğun işlənməsinə nəzarət etməklə yanaşı həm də məsuliyyət daşıyır. Bura ilkin mərhələdə qüsur aktlarının tərtibatında iş həcmləri, işlərin texnoloji ardıcıllığına, qüsur aktlarının tərtib olunmuş smeta ilə uyğunluğuna, şirkət və ya kənar sifarişçi tərəfindən təqdim olunmuş layihənin ümumi tikinti-təmir və mühəndis kommunikasiyalarının düzgün işlənməsinə nəzarət daxildir. Bununla yanaşı inşaat meydançasında tikintinin layihədən kənara çıxmamasına müəllif nəzarəti edir, lazım gəldikdə isə yaranmış hər hansı texniki məsələlərə uyğun layihədə dəyişiklik aparılması üçün rəhbərlik və texniki şura qarşısında vəsatət qaldırır. Digər tərəfdən aparıcı mütəxəssis iş icraçıları tərəfindən aylıq hazırlanmış hesabatların;
  • F №2a (smeta üzrə hesablanmış materialların limit həddinin aşmaması üçün tərtib olunmuş F №2a sənədinə “viza” imzasını təmin etməlidir),
  • F №3, F №29, material qalığı, azqiymətli mal və materialların, habelə alət və cihazların silinməsi barədə aktların mühasibatlığa təqdim olunana qədər onların texniki, hüquqi, hesabat verən şəxsin ona verilən səlahiyyətləri təsdiq edən sənədin (əmr, sərəncam və s.) düzgünlüyünə

Xüsusi tələblər

  • Müvafiq sahədə ali təhsil; (Mülki inşaat,nəqliyyat tikintisi mühəndisliyi sahələri üzrə);
  • Texniki şöbədə iş təcrübəsi 5 ildən az olmamaq şərtilə;
  • İş üçün müvafiq kompüter proqramlarını bilməli (Word, Excel, AutoCAD,) ;
  • Tikinti işlərinin aparılmasına dair metodik və normativ sənədləri və həmcinin tikinti istehsalının texnologiya və təşkilini və sahədə işin planlaşdırılması prinsiplərini bilməli;
  • Tikinti-quraşdırma işlərinin istehsalı və təhvil olunmasına dair texniki reqlamentlər, tikinti norma və qaydalarını və texniki şərtləri bilməli;
  • Tikinti sahəsi üzrə normativ sənədlər və texnologiyalar üzrə müvafiq biliklərə malik olmaq;
  • Müstəqil iş bacarığı,işində məsuliyyətlilik
  • Ezamiyyətlərə hazırlıqlı olması
  • Dil bilikləri: Azərbaycan və rus dilləri (yazılı və şifahi sərbəst ünsiyyət), İngilis dili (biliyi üstünlükdür);
  • Yaxşı ünsiyyət qura bilmək bacarığı,analitik qabiliyyət;
Müraciət etmək üçün: [email protected]

Oxşar vakansiyalar

 
  • Bakı

  • 1500 - 2000 AZN

  • Bakı

  • Razılaşma yolu ilə

  • Bakı

  • Razılaşma yolu ilə

 
  • Bakı

  • 600 AZN

 
  • Bakı

  • Razılaşma yolu ilə

  • Bakı

  • 800 - 1200 AZN

Telegram kanalımız