Aparıcı mütəxəssis / Təchizat şöbəsi / Təchizat sektoru

Bakı

AzerGold

Vakansiyanın detalları

Vakansiyanın təsviri

• Mal, iş və ya xidmətlərin qanunvericiliyin tələblərinə uyğun olaraq satınalınmasını (Əsas Şərtlər Toplusunu hazırlamaq, sifarişçi və Tender Komissiyası ilə razılaşdırılmasını, müvafiq qaydada elan olunmasını təmin etmək və s.), tender
prosesinin idarəolunmasını təşkil etmək və tender təkliflərini təhlil edərək nəticəsi barədə Tender Komissiyasına məlumat vermək;
• Kotirovka sorğusunun nəticələrinə dair yekun protokolu hazırlamaq və Tender Komissiyası tərəfindən imzalanmasını təmin etdikdən sonra müvafiq icra hakimiyyəti orqanına qeydə alınması üçün göndərilməsini təşkil etmək;
• Kotirovka sorğusu üzrə müqavilələrin hazırlanması prosesində iştirak etmək və mümkün sənədlərin təmin edilməsinə dəstək olmaq;
• Satınalma prosedurlarının nəticəsində bağlanmış müqavilələr üzrə icrasına aidiyyəti sifarişçi şöbələr tərəfindən nəzarət olunan mal, iş və ya xidmətlərin təhvil verilmə prosesinə dəstək olmaq;
• Şöbənin sifarişçisi olduğu proseslərlə əlaqədar ödəniş sənədlərinin hazırlanmasını, imzalanmasını və təsdiq edilməsini təmin etmək;
• Gələn, alınan məhsulların müvafiq standartlara cavab verməsinə nəzarət etmək, onların qəbulunda iştirak etmək, ehtiyaclar üzrə vaxtında aidiyyəti müəssisə və qurumlara sifarişlər verilməsi istiqamətində tədbirlər görmək;
• Cəmiyyətin davamlı fəaliyyətinin təmin edilməsi üçün tədarükçü ehtiyatını daim nəzarətdə saxlanılmasına nəzarət etmək, daxili sifariş formalarına uyğun olaraq sifariş edilmiş mal və xidmətlərin təchizatını həyata keçirməsi üçün zəruri
addımlar atmaq;

İş qrafiki:

  • Əməkdaşın iş qrafiki gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün, saat 09:00-dan 18:00-a qədərdir. Nahar vaxtı saat 13:00-dan 14:00-dəkdir.

Əmək haqqı və əlavə imtiyazlar:

  • Əmək haqqı müsahibə əsnasında təyin olunur.
  • Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır.
  • Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir.
  • Nəqliyyat xidməti.
  • Rəqabətli mükafatlandırma sistemi.

Xüsusi tələblər

• “Dövlət Satınalmaları haqqında” Azərbaycan Respublikası Qanunu bilməli;
• Təchizat və satınalma prosesləri və ümumi prinsipləri bilməli;
• MS Office və SAP proqramları üzrə işləmə bacarığı;
• Əməkdaşlıq, Məsuliyyətlilik, Davamlı İnkişaf, Nəticə Yönümlülük, Çeviklik səriştəlikləri;
• Dil və komputer bilikləri: Azərbaycan dili səlis, Rus və İngilis dilləri arzuolunandır.

Müraciət üçün (CV): https://careers.azergold.az/daxil-ol
Telegram kanalımız