Şöbə müdiri (Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi)

Masallı

Masallı Rayon İcra Hakimiyyəti
Dövlət qulluğu
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Sənədlərlə işin, o cümlədən, sənədlərin qəbul edilməsi, qeydiyyatı, uçotu, İcra hakimiyyəti başçısının dərkənarına uyğun yönləndirilməsi və icra edilməsi, habelə icra edilmiş sənədlərin göndərilməsinin qanunvericiliyin tələblərinə uyğun qaydada təşkilinə nəzarət edir;
  • İcra hakimiyyəti başçısının sərəncamlarının və əmrlərinin hazırlanması, rəsmiləşdirilməsi və aidiyyəti üzrə çatdırılması ilə bağlı işlərə nəzarət edir;
  • Dövlət sirri təşkil edən məlumatların (sənədlərin) qeydiyyata alınmasına, dövriyyəsinə və  icrasına nəzarəti həyata keçirir.
  • Struktur bölmələrin məxfilik rejiminin təmin olunması sahəsində fəaliyyətini əlaqələndirir;
  • İcra hakimiyyəti başçısının yanında keçirilən müşavirələrin, Şuranın iclaslarının, protokollarının və qəbul edilən qərarların rəsmiləşdirilməsinə, saxlanılmasına müşavirə iştirakçılarının gündəliklə və ona aid olan müvafiq materiallarla qabaqcadan tanış edilməsinə nəzarət edir;
  • Vətəndaş qəbulunun təşkil edilməsini təmin edir;
  • Vətəndaş müraciətlərinin qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə cavablandırılmasına səlahiyyətləri daxilində nəzarəti həyata keçirir;
  • Vətəndaşların müraciətlərinin təhlili və ümumiləşdirilməsi əsasında arayışlar və hesabatlar hazırlanmasını və aidiyyəti üzrə təqdim edilməsini təmin edir;
  • Sənəd qovluqlarının düzgün formalaşdırılmasını, onların saxlanma müddətlərinin müəyyən edilməsini və bu məqsədlə aparatın işlərinin ümumi nomenklatur siyahısının tərtib edilməsini təşkil edir;
  • Arxiv işinin təşkil edilməsinə, o cümlədən sənədlərin arxivə qəbul edilməsinə, onların saxlanılmasına, saxlanılma müddəti bitdikdən sonra qanunvericiliyə uyğun olaraq dövlət arxivinə verilməsinə, saxlanma müddəti bitmiş və arxivə verilməyən sənədlərin aktlaşdırılaraq məhv edilməsinə nəzarət edir;
  • Struktur bölmələrin  kargüzarlıq üçün məsul olan əməkdaşları ilə fəaliyyət istiqamətlərinə uyğun olaraq təlim və məlumatlandırma işlərinin aparılmasına nəzarət edir;
  • Kadr təminatının proqnozlaşdırılması, ehtiyat kadrların formalaşdırılması, insan resurslarının idarə edilməsi üzrə işlərin təşkili, həyata keçirilməsi, arxivinin yaradılması və uçotunun aparılmasını təmin edir;
  • Vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün qanunvericiliyin tələblərindən irəli gələn tədbirlərin həyata keçirilməsinə nəzarət edir;
  • Dövlət qulluğu vəzifələri üzrə vəzifə təlimatları və müsahibə proqramlarının layihələrinin hazırlanmasını və qanunvericiliklə müəyyən edilmiş qaydada təsdiq edilməsini təmin edir;
  • Dövlət qulluqçuları haqqında məlumatların, əmək müqaviləsi bildirişlərinin müvafiq informasiya sistemlərinə daxil edilməsinə və yenilənməsinə nəzarəti həyata keçirir;
  • Əməkdaşların xidməti vəsiqələr və əmək kitabçaları ilə təmin edilməsinə, əmək kitabçalarının doldurulmasına, onların qeydiyyatının aparılmasına və saxlanmasına nəzarəti təmin edir;
  • Dövlət qulluqçularının şəxsi işlərini müvafiq qaydalara uyğun olaraq aparılmasını təmin edir;
  • Dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi prosesinə ümumi nəzarətdən irəli gələn tapşırıqların yerinə yetirilməsini təmin edir;
  • Dövlət qulluqçularına qanunvericiliklə nəzərdə tutulmuş müddətdə ixtisas dərəcələrinin verilməsinə dair sənədləşmə işinin həyata keçirilməsinə nəzarət edir;
  • İllik məzuniyyət qrafikinin hazırlanması, təsdiqlənən qrafikin yerinə yetirilməsinə nəzarət edilməsi, ezamiyyətin rəsmiləşdirilməsi və uçotunun aparılması ilə bağlı tədbirlər görülməsinə nəzarət edir;
  • Dövlət qulluğuna dair qanunvericiliyin müvafiq müddəalarının tələblərinin pozulması halları üzrə xidməti araşdırma və yoxlamaların aparılmasına rəhbərlik edir, əmək və icra intizamının pozulması hallarının rəsmiləşdirilməsini təmin edir;
  • Əməkdaşların peşə hazırlığı, təkrar hazırlığı və ixtisasının artırılması üzrə struktur bölmələr arasında fəaliyyətin əlaqələndirməsini təmin edir, işlərin vəziyyətini təhlil edərək təkliflər hazırlanmasına nəzarət edir;
  • Əməkdaşların peşəkarlığının artırılması məqsədilə təlim ehtiyaclarının müəyyən edilməsini, təlimlərin (o cümlədən seminar, treninq və s.) təşkil edilməsini təmin edir;
  • İcra hakimiyyətinin başçısı yanında fəaliyyət göstərən ictimai komissiyaların tərkibinin formalaşdırılması, dəyişdirilməsi ilə bağlı rəsmiləşdirilmə işlərini təmin edir;
  • Ştat vahidlərinin ixtisaslı kadrlarla təmin edilməsi, kadrların rotasiyası, vəzifəyə təyin və ya vəzifədən azad edilməsi ilə bağlı rəhbərliyə təkliflər verir, bununla bağlı müvafiq tədbirlərin rəsmiləşdirilməsinə nəzarət edir;
  • Şöbənin fəaliyyət istiqamətləri çərçivəsində insan resurslarının idarə edilməsinə dair strategiya, proqram və digər sənədlərin hazırlanmasına və həyata keçirilməsinə rəhbərlik edir;
  • Şöbənin işinə ümumi rəhbərlik edir, əməkdaşlar arasında iş bölgüsü aparır, onların fəaliyyətini əlaqələndirir, əmək və icra intizamına riayət edilməsinə nəzarət edir;
  • Şöbənin fəaliyyət istiqamətləri üzrə tədbirlərdə, komissiyaların və işçi qrupların işində iştirak edir;
  • Şöbənin fəaliyyət istiqamətləri üzrə İcra hakimiyyətinin başçısı yanında Şuranın iclaslarında müzakirə edilməli məsələləri müəyyən edir və bu barədə təkliflərini təqdim edir;
  • Şöbəyə daxil olan ərizə, şikayət, təklif və məktublara qanunvericiliklə müəyyən edilmiş qaydada baxılmasına nəzarət edir, səlahiyyətləri daxilində vətəndaşların qəbulunu həyata keçirir;
  • Şöbənin iş planının hazırlanmasını təmin edir, iş planında nəzərdə tutulmuş tədbirlərin  vaxtında və keyfiyyətlə həyata keçirilməsinə nəzarət edir;
  • Şöbənin fəaliyyəti ilə bağlı hesabat, arayış və məlumatların hazırlanmasını təmin edir;
  • Tabeliyində olan dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsini həyata keçirir, onlar barəsində həvəsləndirmə və intizam tənbeh tədbirlərinin görülməsinə dair rəhbərliyə təqdimat verir;
  • Şöbənin fəaliyyət istiqamətləri üzrə normativ sənədlərin layihələrinin hazırlanmasında iştirak edir;
  • Şöbədə kargüzarlıq işlərinin aparılmasını və məxfilik rejimini təmin edir;
  • Şöbənin fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələrin yerinə yetirilməsini təmin edir.
  • Sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət: 01.05.2024 18:00


Daxili müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlərin skan olunmuş variantı onlayn qeydiyyat zamanı müraciət formasına əlavə edilməlidir:

  • ali təhsil haqqında sənədin surəti;
  • əmək kitabçasının surəti;

Xüsusi tələblər

  • Təhsilə dair tələblər: ali təhsil
  • İş stajına dair tələblər: dövlət qulluğunda 3 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı və yaxud 4 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı
  • Kompüter biliklərinə dair tələblər: Windows ƏS, MS Office, İnternetdən istifadə (yüksək səviyyədə)
  • Xarici dil biliklərinə dair tələblər: İngilis dili-A2 və ya Rus dili-A2;


Daxili müsahibədə aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:

  • Vakant vəzifəni təqdim etmiş dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları;
  • Dövlət orqanının ləğvi, dövlət qulluqçularının sayının və ya ştatlarının ixtisarı ilə əlaqədar daxili müsahibə elan edilən dövlət orqanında ehtiyat kadr kimi saxlanılan şəxslər;


Qeydlər:

  • Müsahibədə barəsində müsahibə elan edilən vəzifənin təsnifatından ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə qulluq keçən dövlət qulluqçuları, habelə ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə qulluq keçmiş ehtiyat kadrlar iştirak edə bilərlər.
  • "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 29.5-ci maddəsinin ikinci hissəsinə əsasən barələrində intizam tənbehi tətbiq edilmiş dövlət qulluqçuları altı ay ərzində müsahibəyə buraxılmırlar.
  • "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2016-cı il 31 may tarixli 267-VQD nömrəli Qanunu qüvvəyə mindiyi günədək (10.08.2016-cı il tarixinədək) dövlət qulluğunda inzibati vəzifəyə qəbul olunmuş və inzibati vəzifələrdə 10 ildən az qulluq stajı olan dövlət qulluqçuları daha yüksək inzibati vəzifənin tutulması üçün müraciət etdiyi halda dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə keçirilən test imtahanından keçdiyini təsdiq edən sertifikata malik olmalıdırlar.
  • 1992-ci ildən sonrakı dövrlərdə xarici dövlətlərin təhsil müəssisələri tərəfindən verilmiş ali təhsil haqqında sənədlər "Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları"na uyğun olaraq Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən müvafiq şəhadətnamə ilə təsdiq edilməlidir.


Qeydiyyatla bağlı yaranan texniki problemlərlə əlaqədar:

Elektron imtahanlar və müsahibələrin təşkili departamenti: Tel.:(012) 310 53 16 (daxili 2504,2503); e-mail: [email protected];

Müsahibə elanları, o cümlədən vəzifə təlimatları və müsahibə proqramları ilə əlaqədar:

Hüquqi təminat, insan resursları və dövlət qulluğu departamenti: Tel.: (012) 310 53 16 (daxili 1766); e-mail: [email protected];

Daxili müsahibədə iştirak etmək istəyən namizədlər 17 aprel 2024-cü il tarixindən 1 may 2024-cü il saat 18:00-dək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.

Müsahibədə iştirak üçün müraciət edən namizəd "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.

Daxili müsahibədə iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.

Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir.

Namizədlər müsahibələrin keçirilmə vaxtı və yeri haqqında məlumatları sənəd qəbulu başa çatdıqdan sonra Mərkəzin www.dim.gov.az internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdiriləcək müsahibələrin keçirilməsi qrafikindən əldə edə bilərlər.

Müsahibənin keçirilməsində məqsəd namizədin bilik səviyyəsini, peşə hazırlığını, ümumi dünyagörüşünü və vakant vəzifə üçün zəruri olan keyfiyyətlərini yoxlamaqla onun vəzifəyə uyğunluğunu müəyyən etməkdir. Müsahibədə hər bir meyar üzrə namizədə minimum 2, maksimum 5 bal verilir. Müsahibənin yekun nəticələri üzrə namizəd maksimum 20 bal toplaya bilər. Keçid balı 16-dır. Müsahibənin nəticəsi barədə məlumat Mərkəzin internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdirilir.

Telegram kanalımız