Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Tikilən obyektlərin kompleks layihələrinin memarlıq hissəsinin (bölməsinin) işlənib hazırlanmasında iştirak etmək;
  • Memar - dizayn layihələrini oxuya bilmək və iş paketlərinin hazırlanmasında köməklik göstərmək;
  • Layihənin memarlıq hissəsinin digər bölmələrlə əlaqəsini, lazımı texniki sənədlərin komplektliyini, layihələşdirmənin bütün mərhələlərində layihə materiallarının həcminin azaldılmasını təmin etmək;
  • Yuxarı təşkilatlarda və ekspertiza orqanlarında layihələrə baxılmasında, razılaşdırılmasında və müdafiəsində iştirak etmək; 
  • Layihə olunmuş obyektlərdə istifadə olunan tikinti materiallarının, konstruksiyaların, layihə üzrə təsdiq olunmuş məmulatların standartlara və tikintidə texniki şərtlərə uyğunluğuna nəzarət etmək; 
  • Layihələşdirməyə və tikintiyə aid normativ materialların işlənib hazırlanmasında iştirak etmək;
  • Yerinə yetirilmiş işlər haqqında hesabat tərtib edərək struktur bölmə rəhbərinə təqdim etmək;
  • Tamamlama və bəzək işlərində, yerində ölçü alımlarında töhvə vermək.
  • İş yeri: Bakı şəhəri, H.Əliyev pr 189 (Baku City Residence);
  • İş rejimi: 6 günlük, şənbə qısaldılmış iş günü;
  • Nahar yeməyi;
  • Korporativ nömrə;
  • Əmək haqqı: müsahibə əsasında.

Xüsusi tələblər

  • Yaş həddi: 25 – 45;
  • Ali təhsil: Memarlıq ixtisası üzrə bakalavr dərəcəsi;
  • İş təcrübəsi: müvafiq vəzifə üzrə azı 5 il iş təcrübəsi;
  • Dil bilikləri: Azərbaycan dili – səlis, rus və ingilis dili– yaxşı;
  • Kompüter bacarıqları: MS Office, AutoCAD.
  • Məsuliyyətlilik və punktuallıq;
  • Planlaşdırma, qərarvermə və problem həlletmə tezliyi;
  • Komandada işləmək bacarığı.



Yuxarıda göstərilən tələblərə uyğun olan namizədlər öz tərcümeyi-hallarını elektron poçtuna göndərə bilər. Müraciət etdiyiniz vəzifənin adını email-ın mövzu hissəsində mütləq şəkildə göstərməyiniz xahiş olunur.

Qeyd: yalnız azərbaycan dilində göndərilən CV-lər dəyərləndiriləcək və elanda göstərilən tələblərə uyğun olan namizədlərlə əlaqə saxlanılacaq. 

Müraciət etmək üçün: [email protected]
Telegram kanalımız