İnsan resursları üzrə mütəxəssis

Bakı

MAN-G Design and Construction MMC
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • İnsan resurslarının idarə olunması sistemi üzrə proseslərin koordinasiyası və təşkili.
  • Yeni işə qəbul texnikalarından istifadə edərək daim yüksək ixtisaslı kadrların cəlb olunmasının təmin etmək.
  • Təşkilati strukturunun vizual təsvirini hazırlamaq və güncəl vəziyyətdə saxlamaq.
  • Kritik vəzifələrin müəyyən edilməsi və davamçıların idarə edilməsi proseslərinin icrasında iştirak etmək
  • Həftəlik, aylıq vakansiyalar barədə məlumatları, işçilərin sayı və hərəkəti barədə aylıq hesabatları hazırlamaq və birbaşa rəhbərə göndərmək.
  • İşçilər barədə məlumat bazasının yaradılması, sənəd qovluqlarının, şəxsi işlərin düzgün formalaşdırılması, dəyişikliklərin müntəzəm olaraq qeydiyyatı, işlərin sistemləşdirilməsi.
  • Əməkdaşların əmək müqavilələrini, onlara əlavə və dəyişiklikləri, işçilərin motivasiyası və intizam tənbehlərinə dair tədbirlərin tətbiqi üzrə təkliflər hazırlamaq, eləcə də əmək müqaviləsi bildirişlərini Elektron Hökumət Portalında qeydiyyatdan keçirilməsinə nəzarət etmək
  • Əməkdaşlar tərəfindən fəaliyyət prosesində qanunvericiliyə uyğun olaraq xidməti məlumatların, kommersiya sirrinin, habelə məxfilik rejiminin qorunması üçün tədbirlər görmək
  • Əməkdaşların əmək fəaliyyəti və performansın qiymətləndirilməsinin təşkil edilməsi və bu istiqamətdə yeni təkliflərin irəli sürülməsi.
  • Əməkdaşların təlim ehtiyaclarının müəyyən olunması, təlim planının işlənib hazırlanması.
  • Müəssisənin işçi ehtiyacının müəyyən edilməsində iştirak edilməsi, iş analizlərinin aparılması və İnsan Resursları planlaması modulu üzrə digər fəaliyyətlərin həyata keçirilməsi
  • İşçilərlə mütəmadi görüşlər keçirilməsi. Korporativ tədbirlərin təşkilati işlərinin həyata keçirilməsi
  • Əmək haqqı: Əməkdaşın bilik və bacarıqlarına uyğun müəyyən olunacaq

Xüsusi tələblər

  • Ali təhsil
  • İnsan resurslarının idarə olunması sahəsində minimum 3 il iş təcrübəsi
  • Azərbaycan dili- səlis, İngilis və Rus dilləri- danışıq səviyyəsində
  • Ofis proqramları
  • Kadr kargüzarlığı
  • Əmək qanunvericiliyi
  • İdarəetmə, planlaşdırma
  • Detallara diqqət
  • Məsuliyyətlilik


Müraciət üçün son tarix. 17.08.2024


Müraciət etmək üçün: [email protected]

Oxşar vakansiyalar

Telegram kanalımız