Bakı
Dövlət İmtahan Mərkəzi• Situasiya mühakimə testləri üzrə tapşırıqlar hazırlamaq, digər əməkdaşların hazırladıqları test tapşırıqlarının ekspertizasında iştirak etmək
• Qiymətləndirmə mərkəzi metoduna daxil olan müxtəlif qiymətləndirmə alətləri (rol oyunları, qərarvermə testləri, simulyasiya tapşırıqları və s.) hazırlamaq
• Ümumi səriştələrin ölçülməsi üzrə alətlərin hazırlanması üçün dövlət qulluqçuları ilə müsahibələr keçirmək, real iş situasiyalarından ibarət məlumat bazası yaratmaq
• Ümumi səriştələr və digər mövzular üzrə dövlət qulluqçularına təlimlər keçmək
• Müxtəlif qiymətləndirmə alətlərinin hazırlanması üzrə təşkilatdan kənar test müəllifləri ilə əməkdaşlıq etmək, onların hazırladıqları alətlərin ekspertizasında iştirak etmək
• Ümumi səriştələrin qiymətləndirilməsi üzrə elektron imtahanların proqram təminatı üçün texniki tapşırıqlar hazırlamaq
• Səriştə əsaslı müsahibələri keçirmək
• İngilis dilindən mətnləri tərcümə etmək
Vakansiya üzrə müraciət etmək istəyən şəxslər müraciət formasını mövzu bölməsində “Ümumi səriştələrin qiymətləndirilməsi sektorunda məsləhətçi” qeyd olunmaqla [email protected] elektron poçt ünvanına 3 oktyabr 2024-cü il tarixinədək göndərə bilərlər.
Kadrlar uçotunun şəxsi vərəqəsindən fərqli formada göndərilən müraciətlərə baxılmayacaq.
Yeni vakansiyaları operativ almaq üçün Telegram-kanalımıza qoşulun