Struktur bölmələrin insan resursları ehtiyaclarının müəyyənləşdirilməsi və işə qəbul prosesinin tam dövrünün (elan, axtarış, seçim, müsahibə və təklif mərhələləri) idarə edilməsi
Struktur bölmə rəhbərləri ilə əməkdaşlıq edərək işçi ehtiyaclarının planlaşdırılması və optimal kadr təminatının təşkili
Əmək qanunvericiliyinə uyğun olaraq işə qəbul, vəzifə dəyişikliyi, məzuniyyət, ezamiyyət və əmək münasibətlərinə xitam proseslərinin icrası
İnsan resursları fəaliyyəti ilə bağlı daxil olan vətəndaş və təşkilat müraciətlərinin araşdırılması, rəy və cavab layihələrinin hazırlanması
Əmək münasibətləri ilə bağlı yaranan məsələlər üzrə qüvvədə olan qanunvericiliyin tətbiqini təmin etmək və struktur bölmələrə dəstək göstərilməsi
İnsan resursları sahəsini tənzimləyən normativ hüquqi aktlarda dəyişikliklərin izlənilməsi, təhlili və tətbiqi üzrə təkliflərin hazırlanması
Kadr sənədlərinin hazırlanması, rəsmiləşdirilməsi və qanunvericiliyin tələblərinə uyğun aparılmasının təmin edilməsi
ƏMAS və digər aidiyyəti dövlət informasiya sistemləri üzərindən əməliyyatların həyata keçirilməsi
İnsan resursları prosesləri üzrə daxili prosedur, qayda və normativ sənədlərin hazırlanması və təkmilləşdirilməsində iştirak edilməsi
İnsan resursları göstəricilərinin təhlili, hesabatların hazırlanması və insan resursları layihələrinin icrasında iştirak
Əlavə qeydlər:
İş qrafiki: Bazar ertəsi - Cümə, 5 günlük iş həftəsi
İş vaxtı seçim əsasında: 08:00 – 17:00; 09:00 – 18:00; 10:00 – 19:00
İş yeri:
Bakı şəhəri, N.Nərimanov 206A, "Capital Towers" Biznes Mərkəzi
Əməkhaqqı:
Rəqabətədavamlı əməkhaqqı
Xüsusi tələblər
Ali təhsil: hüquq, humanitar, iqtisadiyyat və ya müvafiq sahə üzrə ali təhsil
İş təcrübəsi: İnsan resursları sahəsi üzrə 3-4 il
ƏMAS, elektron sənəd dövriyyəsi və digər dövlət portalları ilə işləmə bacarığı
Əmək qanunvericiliyini və kadr sənədləşməsini bilmək
Komputer biliyi: MS Office proqramlarında işləmək bacarığı
Sertifikat: SHRM / HRCI arzuolunandır
Dil bilikləri: İngilis dili arzuolunandır
Bacarıqlara dair tələblər:
Komandada işləmə
Məsuliyyətlilik, dürüstlük, çeviklik
Analitik düşüncə, planlaşdırma, nəticəyönümlülük
Səlis və işgüzar ünsiyyət bacarığı
Müraciət etmə qaydaları:
Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmələri xahiş olunur: