Bağlanması nəzərdə tutulan əqdlər üzrə maliyyə şərtlərinin, ödəniş qrafiklərinin, büdcə uyğunluğunun və maliyyə risklərinin təhlilində iştirak etmək;
Bağlanmış müqavilələrin illik təsdiq edilmiş büdcə və xərc təsnifatlarına uyğun olaraq reyestrinin aparılmasını təmin etmək;
Fondun digər müəssisə və təşkilatlarla bağladığı müqavilələr üzrə maliyyə şərtlərinin və ödəniş öhdəliklərinin icrasının təhlilində iştirak etmək;
Elektron qaimə-fakturaların, hesab-fakturaların həmçinin daxil olan alış sənədlərinin düzgünlüyünə nəzarət etmək;
Əsas vəsaitlərin və mal-materialların inventarizasiyası prosesində iştirak etmək;
Əsas vəsaitlərin uçotunun aparılması, amortizasiya məbləğinin hesablanması, xalis balans dəyərinin müəyyən edilməsi və bu əməliyyatların müvafiq proqram təminatında (1C) əks etdirilməsini təmin etmək;
Fondun bütün mühasibat əməliyyatları üzrə müxabirləşmələrin 1C proqramında əks etdirilməsində iştirak etmək;
Fond tərəfindən göstərilən məqsədli maliyyə dəstəyinin düzgün və təyinatı üzrə xərclənməsinin yoxlanılmasında iştirak etmək;
Daxili idarəetmə hesabatlarının hazırlanmasında iştirak etmək;
Vergi, maliyyə və digər aidiyyəti hesabatların qanunvericilikdə nəzərdə tutulmuş qaydada və müddətlərdə dövlət orqanlarına təqdim edilməsində iştirak etmək;
Rəhbərlik üçün cari maliyyə məsələlərinə dair operativ və analitik məlumatlar hazırlamaq;
Maliyyə əməliyyatlarının Azərbaycan Respublikasının qanunvericiliyinə, Mühasibat Uçotunun Beynəlxalq Standartlarına və Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğunluğunun təmin edilməsində iştirak etmək;
Aylıq, rüblük və illik maliyyə hesabatlarının hazırlanması, təhlili və konsolidasiyası prosesində iştirak etmək;
Büdcə icrasının monitorinqini aparmaq, xərc maddələrini təhlil etmək və maliyyə intizamına nəzarət etmək;
Daxili və xarici audit prosesləri zamanı tələb olunan maliyyə sənədlərinin hazırlanmasında və auditor sorğularının cavablandırılmasında iştirak etmək;
Maliyyə əməliyyatları və hesabatlılıqla bağlı risklərin müəyyənləşdirilməsi və onların azaldılması istiqamətində təkliflər vermək;
Maliyyə uçotu, hesabatlılıq və daxili maliyyə proseslərinin optimallaşdırılması və avtomatlaşdırılması üzrə təkliflər hazırlamaq.
Maliyyə şöbəsinin fəaliyyət istiqamətlərinə uyğun olaraq rəhbərlik tərəfindən verilən digər tapşırıqları icra etmək;
İş şəraiti:
İş saatları - 09:30-dan – 18:30-dək.
Şənbə və bazar günləri istirahət günləridir.
Xüsusi tələblər
Maliyyə, Mühasibat uçotu, İqtisadiyyat və ya digər əlaqəli ixtisas üzrə ali təhsil.
ACCA, DipIFR və ya PMS sertifikatlarından hər hansı birinə malik olmaq üstünlük hesab edilir.
Təcrübə:
Maliyyə və ya mühasibatlıq sahəsində minimum 4 il iş təcrübəsi.
IFRS əsasında maliyyə hesabatlarının hazırlanması və ya audit proseslərində iştirak təcrübəsi üstünlük hesab edilir.
1C 8.3 proqramında praktiki iş təcrübəsi.
Bilik və bacarıqlar:
Azərbaycan dilində mükəmməl yazılı və şifahi ünsiyyət bacarığı;
İngilis dili biliyi, xüsusilə maliyyə terminologiyası üzrə bilik üstünlük hesab edilir;
MS Excel proqramında yüksək səviyyədə işləmək bacarığı (Pivot Table, Power Query, mürəkkəb formulalar, məlumatların təhlili və hesabatların hazırlanması);
1C 8.3 proqramında yüksək səviyyədə işləmək bacarığı;
Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (IFRS) və Mühasibat Uçotunun Beynəlxalq Standartları (IAS) üzrə nəzəri və praktiki biliklər;
Azərbaycan Respublikasının Vergi Məcəlləsi, Əmək Məcəlləsi, "Mühasibat uçotu haqqında" Qanun və digər aidiyyəti normativ hüquqi aktlar üzrə biliklər;
Maliyyə hesabatlarının hazırlanması, maliyyə təhlili və büdcə planlaşdırılması sahəsində biliklər;
Bank əməliyyatları və ödəniş prosesləri üzrə biliklər;
Müqavilələrin maliyyə şərtlərini təhlil etmək bacarığı;
Analitik düşünmə və problemləri operativ həll etmək bacarığı;
Məsuliyyətlilik, dəqiqlik və məxfi məlumatlarla işləmək bacarığı;
Vaxtın düzgün idarə olunması və eyni zamanda bir neçə tapşırığın icrasını planlaşdırmaq bacarığı;
Komandada işləmək və effektiv kommunikasiya bacarığı;