Mağazalarda və Baş Ofisdə istifadə olunan kompüter, printer, POS, tərəzi , skaner və digər İT avadanlıqlarına texniki dəstəyin göstərilməsi.
İstifadəçilərdən daxil olan müraciətlərin (Incident və Request) ServiceNow vasitəsi ilə qəbul edilməsi, və müəyyən olunmuş SLA müddətlərinə uyğun şəkildə həll edilməsi.
Yeni mağazaların açılışı, avadanlıqların qurulumu , dəyişdirilməsi və digər İT layihələrində iştirak edilməsi.
Windows əməliyyat sisteminin, ofis proqramlarının və digər korporativ proqram təminatlarının quraşdırılması, sazlanması və dəstəklənməsi.
Şəbəkə printer və digər periferiya avadanlıqları ilə bağlı problemlərin aradan qaldırılması.
Yeni əməkdaşlar üçün kompüter, istifadəçi hesabı, e-poçt və digər İT resurslarının hazırlanması və istifadəyə verilməsi.
İT avadanlıqlarının qeydiyyatının aparılması, təhvil-təslim proseslərinin icra edilməsi və inventar uçotunun təmin edilməsi.
Lazım olduqda mağazalara ezam olunaraq yerində texniki dəstəyin təmin edilməsi.
İnformasiya təhlükəsizliyi qaydalarına və şirkətin daxili İT prosedurlarına riayət edilməsi.
Xüsusi tələblər
Windows əməliyyat sistemləri üzrə yaxşı bilik.
Kompüter avadanlıqları və periferiya qurğuları ilə işləmə bacarığı.
Əsas şəbəkə bilikləri (TCP/IP, DHCP, DNS,).
Microsoft Office proqramları ilə işləmə bacarığı.
Problemləri analiz etmə və operativ həll etmə bacarığı.
Komandada işləmək, məsuliyyətlilik.
Sürücülük vəsiqəsinin olması üstünlük hesab olunur.