Seysmik layihələrin tam həyat dövrünün, o cümlədən layihələndirmə, məlumatların əldə olunması, emalı, təkrar emalı, interpretasiyası və yekun nəticələrin təhvil verilməsi proseslərini koordinasiya və idarə etmək
Seysmik məlumatların əldə olunması, seismic imaging, interpretasiya və kollektorların xarakterizasiyası üzrə işlərə texniki rəhbərlik və keyfiyyət təminatı vermək
2D və 3D seysmik məlumatların emalı prosesinə bütün mərhələlər üzrə nəzarət etmək və yüksək keyfiyyətli nəticələrin əldə olunmasını təmin etmək
Emal qraflarının optimallaşdırılması, səs-küyün azaldılması və siqnal keyfiyyətinin artırılması məqsədilə seysmik emal komandaları ilə əməkdaşlıq etmək
Qırılmaların, horizontların və geoloji xüsusiyyətlərin müəyyən edilməsi üçün struktur və stratiqrafik seysmik interpretasiya aparmaq
Seysmik atributları quyu məlumatları, petrofiziki göstəricilər və geoloji modellərlə inteqrasiya edərək kollektorların daha dəqiq xarakterizasiyasını təmin etmək
Seysmik və dayaz geotəhlükələrə (SHA) aid məlumatların inteqrasiyası əsasında geotəhlükələrin təhlili və risk qiymətləndirilməsində iştirak etmək
Quyuların layihələndirilməsi və planlaşdırılması proseslərinə geofiziki və geoloji baxımdan texniki dəstək vermək
Gənc geofiziklərin və multidissiplinar komandaların peşəkar inkişafına dəstək göstərmək, innovasiya və davamlı inkişaf mədəniyyətinin formalaşmasına töhfə vermək
Texniki seminarlar, texniki baxışlara rəhbərlik edərək təcrübə və əldə olunmuş nəticələrin paylaşılmasını təmin etmək
Xüsusi tələblər
Geofizika ixtisası üzrə bakalavr dərəcəsi (magistr dərəcəsi üstünlükdür)
Neft-qaz sənayesində geofiziki interpretasiya və seysmik məlumatların təhlili sahəsində minimum 5 il iş təcrübəsi
2D və 3D seysmik interpretasiya, seysmik–quyu korrelyasiyası, struktur və stratiqrafik xəritələşdirmə, eləcə də perspektiv strukturların qiymətləndirilməsi üzrə praktiki təcrübə
AVO analizi, seysmik inversiya və seysmik atributların təhlili daxil olmaqla kəmiyyət seysmik interpretasiya metodları üzrə biliklər
Geoloji, geofiziki, petrofiziki və quyu məlumatlarının inteqrasiyası üzrə praktiki bacarıq
Petrel proqramı və digər sənaye standartı geofiziki proqram təminatları ilə işləmək bacarığı (digər interpretasiya platformaları üzrə təcrübə üstünlükdür)
Güclü analitik düşünmə, texniki qərarvermə bacarıqları
İngilis dilini sərbəst bilmək, rus dilini bilmək üstünlükdür
Yüksək səviyyədə ünsiyyət, texniki hesabatların hazırlanması bacarığı
Multidissiplinar komandalarla səmərəli əməkdaşlıq və eyni vaxtda bir neçə layihəni planlaşdırıb idarə etmək bacarığı