Əməliyyat risklərinin müəyyənləşdirilməsi və qiymətləndirilməsi işində iştirak edir;
Bankda risk mədəniyyətinin yüksəldilməsi məqsədilə maarifləndirmə işlərində iştirak edir;
Yaradılan yeni məhsul, xidmət, proseslər, motivasiya sistemləri həmçinin mövcud məhsul, xidmət,proseslər və motivasiya sistemləri üzərində dəyişikliklər üzrə əməliyyat risklərinin müəyyən olunması, minimallaşdırılması və qarşısının alınması ilə bağlı rəy verir;
Bankda yazılan yeni normativ sənədlərə, həmçinin mövcud normativ sənədlərə edilən dəyişikliklər üzrə əməliyyat risklərinin müəyyən olunması, minimallaşdırılması və qarşısının alınması ilə bağlı rəy verir;
Şöbəyə cəlb edilmiş təcrübəçilərə və əməkdaşlara işlərində dəstək göstərir və əməliyyat risklərinin idarə edilməsi sahəsində onlarla birgə fəaliyyət göstərir;
Əmək müqaviləsi, çalışdığı strukturun əsasnaməsi, habelə fəaliyyətinə dair digər bankdaxili korporativ aktların müvafiq göstərişlərindən irəli gələn funksiyaları icra edir;
Xüsusi tələblər
Təhsil pilləsi: Bakalavr dərəcəsi (İqtisadiyyat və ya maliyyə ixtisası üzrə);
Bank sektorunda ən azı 4 il, funksiya üzrə 2 il təcrübə;
Microsoft Excel, Word, Outlook üzrə biliklər;
Azərbaycan dili (ana dili səviyyəsində), İngilis dili bilikləri arzuolunandır;
Beynəlxalq praktikada qəbul edilən digər bilik və keyfiyyətlərə malik olması üstünlük hesab edilir.