Layihələr üzrə hazırlanmış BOQ-lardakı iş həcmlərinə görə iş qrafiklərinin hazırlanması,
Hazırlanmiş təqvim planına uyğun olaraq mal-material təqvim planının hazırlanması,
Sahəyə lazımi materialların çatdırılması üçün lojistik təqvim planının hazırlanıb satınalma şöbəsinə təqdim olunması,
İdarəetmə sistemində planlama bölümünə hazırlanmış iş qrafiklərinin yüklənməsi,
Sistemin tələbinə görə proqreslərin işlənməsi,
Proqresə uyğun gecikmələr və ya uyğun işlər barədə həftəlik və ya aylıq raporların hazırlanması,
Podrat müqavilələri üçün lokal iş qrafiklərinin hazırlanması və izlənməsi,
Layihənin icra prosesinə uyğun ehtimal gecikmə və ya risklər barədə hesabatların hazırlanması,
Gündəlik olaraq sahə mühəndislərindən icra olunmuş və icra olunacaq işlər haqqında məlumatların alınması və ümumiləşdirilmiş sahə fəaliyyət hesabatların hazırlanması,
Cari gün ərzində rəhbərlik tərəfindən verilmiş tapşırıqların yerinə yetirilməsi,
Həm yeni həm də qalıq işlərin mal-material alımına görə tələblərin və lojistik təqvim planının hazırlanması,
Podrat işlərinin satınalınması və podratçı təşkilatın təyin olunması üçün iş həcmlərinin layihələr üzrə çıxarılması və işçilik tələb forumlarının hazırlanaraq satınalma şöbəsinə təqdim olunması,
Şöbələr arası sənəd dövriyyəsində izləmə cədvəllərinin və aidiyyatı hesabatların hazırlanması və layihə komandası ilə mütəmadi koordinasiyanın aparılması.
İş şəraiti
İş yeri: Aral Group
Bağlı olduğu şöbə: Texniki Ofis
İş rejimi: Tam ştat
Əmək haqqı: Müsahibə əsasında müəyyən ediləcək
Xüsusi tələblər
İnşaat mühəndisliyi üzrə ali təhsil (bakalavr və ya magistr)
Tikinti sahəsində planlama mühənisi kimi minimum 3 il iş təcrübəsi
Tikinti layihələrinin planlaşdırılması və idarə olunması sahəsində biliklərə malik olmaq
Layihələrin icrası və istehsalat proseslərinin idarə olunmasını yaxşı bilmək
Təhlil və hesabat hazırlama bacarığı
Problemlərin həll edilməsi və qərarvermə bacarığı
MS Office (Excel, Word, PowerPoint), AutoCAD, MS Project və ya Primavera kimi proqramlardan istifadə bacarığı
Komandada işləmək və effektiv ünsiyyət qurmaq bacarığı