Hesablaşmalar departamentinin mütəxəssisi

Bakı

Azərbaycan Respublikası Dövlət Neft Fondu

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • İnvestisiya portfelinin daxili idarəetmədə olan aktivləri üzrə bağlanmış əqdlərin verifikasiyası və hesablaşmasını həyata keçirmək;
  • Xarici menecerin idarəetməsində olan portfellər üzrə əməliyyatların uçotunu aparmaq;
  • Müxbir və kastodial bankların, likvid fondların və törəmə şirkətlərin hesab qalıqlarını, kastodial banklardakı mövqeləri və onların bazar dəyərini tutuşdurmaq, uyğunsuzluqları aradan qaldırmaq;
  • İnvestisiya uçotu üzrə müfəssəl hesabatlar hazırlamaq və müvafiq struktur bölmələrə təqdim etmək;
  • Fondun daxili siyasət və prosedurlarına, eləcə də yerli və beynəlxalq maliyyə tənzimləmələrinə uyğun fəaliyyət göstərmək.

Xüsusi tələblər

  • Maliyyə, iqtisadiyyat, mühasibatlıq və ya müvafiq sahələr üzrə bakalavr dərəcəsi;
  • Bank əməliyyatları, mühasibatlıq və ya maliyyə sahəsində 1-2 il iş təcrübəsi. (Yüksək akademik nailiyyətləri olan yeni məzunlar da müraciət edə bilərlər);
  • Microsoft Office proqramları, xüsusilə Excel (Pivot Table) və PowerPoint üzrə yüksək səviyyəli biliklər;
  • İngilis dilini (yazılı və şifahi) səlis səviyyədə bilmək;
  • SWIFT sistemi üzrə biliklər arzuolunandır.
  • Biz tapşırıqları məsuliyyətlə yerinə yetirməyə hazır olan , aydın təqdimat və komandada işləməyi bacaran bir namizəd axtarırıq. Analitik düşüncə, detallara xüsusi diqqət, təşəbbüskarlıq və stress hallarında da düzgün qərarlar vermək kimi xüsusiyyətlərə malik olmaq bu vəzifədə uğur qazanmaq üçün vacib amillərdəndir.


Müraciətlər 10 may 2025-ci il tarixinədək qəbul edilir.

Oxşar vakansiyalar

  • Bakı

  • Razılaşma yolu ilə

Premium
  • Bakı

  • 500 AZN

  • Bakı

  • Razılaşma yolu ilə

  • Bakı

  • Razılaşma yolu ilə

Telegram kanalımız