Satış üzrə mütəxəssis

Bakı

Caspos MMC
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Proqram təminatı şöbəsinin müdirinin rəhbərliyi altında cəmiyyətin ümumi müştəri bazasının formalaşdırılması üzrə işlərin yerinə yetirilməsi;
  • Müştərilər barədə informasiyaların (Müştərilərin rekvizitləri, əlaqə vasitələri, hüquqi və faktiki ünvanları) toplanması və müştəri bazasına qeyd edilməsi;
  • Cəmiyyətin təqdim etdiyi mal və ya xidmətlərin qiymətlərindəki dəyişikliklərlə, avadanlıqların təchizat müddətləri ilə bağlı müştərilərin məlumatlandırılması;
  • Müştərilər tərəfindən ödənişlərin həyata keçirilməsinə nəzarət edilməsi;
  • Malların müştəriyə çatdırılmasının təmin edilməsi;
  • Rəhbərlik tərəfindən tətbiq olunan digər hesabatların dəqiq və vaxtında hazırlanması.

Xüsusi tələblər

• Təhsil: Orta və Ali;
• Satış sahəsində 1 ildən artıq iş təcrübəsi;
• MS Office proqramlarını bilməsi üstünlük;
• Azərbaycan dili yaxşı, Rus dili üstünlük.

Şəxsi keyfiyyətlər:

  • Düzgün şifahi nitq qabiliyyəti, ünsiyyət qurma bacarığı;
  •  Məsuliyyətli və təşəbbüskar olmalı;
  •  Diqqətli və punktual olmalı;
  •  Kollektivlə işləyə bilməli.

Əlavə məlumatlar:

• Əmək haqqı: Razılaşma yolu ilə (satışdan əlavə bonusla);
• İş qrafiki: 5 günlük iş qrafiki, 09:00 – 18:00
• Korporativ nömrə və danışıq balansı
• AR Əmək Məcəlləsinə əsasən rəsmiləşdirmə


Maraqlanan namizədlərdən xahiş olunur ki, şəkilli CV-lərini e-mailin mövzu hissəsində “Proqram təminatı satışı üzrə mütəxəssis” sözünü qeyd edərək [email protected] e-ünvanına göndərsinlər.

Müraciət etmək üçün: [email protected]

Oxşar vakansiyalar

 
  • Xırdalan

  • 450 AZN dən

Premium
  • Xırdalan

  • Razılaşma yolu ilə

 
  • Bakı

  • 800 AZN

 
  • Bakı

  • Razılaşma yolu ilə

Telegram kanalımız