Baş Mühasib (Biləsuvar)

Biləsuvar

Azersun Holding

Vakansiyanın detalları

Vakansiyanın təsviri

• Vergi, statistika və DSMF hesabatların hazırlanması;

• Mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsi;

• Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirilməsi;

• Maliyyə hesabat və kredit əməliyyatlarının, müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin yekunları üzrə əməliyyatların uçotunun təşkil edilməsi;

• Mühasibat məsələləri, nəzarət, hesabat və iqtisadi təhlil üzrə müəssisənin bölmə işçilərinə rəhbərlik edilməsi.


Xüsusi tələblər

• Tam ali iqtisadi təhsil (mühasibatlıq və ya maliyyə ixtisası üzrə, magistr dərəcəsi olması arzuolunandır);
• Baş mühasib kimi ən azı 3-5 il iş təcrübəsi;
• Maliyyə təsərrüfat əməliyyatlarının bütün sahələrində iş təcrübəsi;
• Mühasibatlıqla bağlı yerli qanunvericiliyi, vergi məcəlləsini bilməli;
• Mühasibat uçotunun Beynəlxalq standartlarını bilməli (sertrifikatın olması arzuolunandır)
• MS Office, 1C, BTP, EFP proqramlarında yüksək səviyyədə işləyə bilməli;
• ERP proqramlarından hər hansı birinin mühasibatlıq-maliyə modulu ilə yüksək səviyyədə çalışa bilməli
• Peşəkar mühasibatlıq sertfikatına malik olmalı



Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Baş mühasib” qeyd etməyiniz xahiş olunur

Müraciət etmək üçün: [email protected]
Telegram kanalımız