Müəllim (Rəqəmsal iqtisadiyyat və maliyyə texnologiyaları kafedrası)

Bakı

Azərbaycan Texniki Universiteti

Vakansiyanın detalları

Vakansiyanın təsviri

Azərbaycan Texniki Universitetinin (AzTU) 2026–2027-ci tədris ili üzrə Rəqəmsal iqtisadiyyat və maliyyə texnologiyaları kafedrasına aşağıda adları qeyd olunan fənlərin tədrisi üçün müəllim seçimi elan edilir:

Tədris olunacaq istiqamətlər və fənlər:

İqtisadiyyat ixtisası üzrə:

  • İqtisadiyyata giriş
  • Mikroiqtisadiyyat
  • Makroiqtisadiyyat
  • Rəqəmsal iqtisadiyyat
  • Azərbaycan iqtisadiyyatı
  • Bilik iqtisadiyyatı, firmanın iqtisadiyyatı
  • Milli hesablar sistemi
  • Regional iqtisadiyyat
  • İqtisadi fikir tarixi
  • İnkişaf iqtisadiyyatı
  • Aqrar iqtisadiyyat
  • Sosial sahələrin iqtisadiyyatı
  • Əməyin iqtisadiyyatı
  • Data analitika

Ekonometrika və statistika ixtisasları üzrə:

  • Statistika
  • Tətbiqi statistika
  • Ekonometrika
  • Zaman sıralarının təhlili
  • Maliyyə istiqaməti üzrə:
  • Maliyyə uçotu
  • İdarəetmə uçotu
  • Bank işi
  • Vergitutma

Xüsusi tələblər

  • Müvafiq ixtisas üzrə ali təhsil (Magistr təhsili);
  • Müvafiq sahə üzrə elmi dərəcə və elmi ad üstünlükdür;
  • Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
  • Dil bilikləri: İngilis dilində sərbəst şəkildə ünsiyyət qurmaq, oxumaq və yazmaq bacarığı (rus dili və ya əlavə dil biliyi üstünlük olaraq qəbul ediləcək);
  • MS Office, MS Access, MS Project proqramları üzrə biliklər;
  • Azərbaycan Respublikasının “Təhsil haqqında” və “Elm haqqında” qanunları; Boloniya prosesi haqqında biliklər.
  • Ali məktəb pedaqogikası, müasir təlim metodları və innovativ tədris texnologiyaları üzrə biliklər;
  • İxtisasa uyğun İT proqramlarından, data analitika alətlərindən və müasir tədris platformalarından (LMS, MS Teams və s.) sərbəst istifadə bacarığı;
  • Tədris planlarının və işçi proqramların hazırlanması və həyata keçirilməsi təcrübəsi;
  • Elmi-tədqiqat, layihə və innovasiya fəaliyyətlərinin təşkili bacarığı;
  • Tələbələrlə motivasiyaedici iş aparmaq, onların fərdi və peşəkar inkişafını dəstəkləmək bacarığı.

Müraciət etmək üçün: [email protected]
CV yaza bilmirsiz? Biz kömək edərik- 5 AZN