İşəgötürən işçi barədə mənfi xasiyyətnamə verə bilərmi?
Bəzən yeni işə düzəlmək o qədər də rahat alınmır: hər yerdən “Sizinlə əlaqə saxlayarıq”, “vakansiyaya uyğun gəlmirsiniz” cavablarını alırsınız, üstəlik ortada ciddi bir səbəb olmadan. İxtisasınızın, peşənizin və təcrübənizin tamamilə uyğun gəldiyi halda, iş təklifi ala bilmirsiniz. Belə olan halda, istər-istəməz yaranmış problemin səbəbi kimi keçmiş işəgötürənin Sizin haqqınızda mənfi xasiyyətnamə, mənfi rəy verməsindən şübhələnirsiniz.










