İşçilərin idarə edilməsi ilə bağlı maliyyə

İllər üzrə minimum əmək haqqı, yaşayış minimumu və ehtiyac meyarı necə dəyişib?

İllər üzrə minimum əmək haqqı, yaşayış minimumu və ehtiyac meyarı necə dəyişib?

Ənənəvi olaraq hər il sonu açıqlanan məlumatlar nəzərə alınmaqla qeyd etmək mümkündür ki, Azərbaycan Respublikası qanunvericiliyində minimum əmək haqqı, yaşayış minimumu və ehtiyac meyarı məbləğləri hər il üçün mühüm əhəmiyyət kəsb edir və özü-özlüyündə bir çox münasibətlərin tənzimlənməsində tətbiq edilir. Bu səbəbdən də bu məbləğlərin tətbiq edilmə müddətləri və artım ardıcıllığına diqqət yetirməyi vacib hesab edirik.

İş gününün qısaldılması natamam iş rejimində də tətbiq edilirmi?

İş gününün qısaldılması natamam iş rejimində də tətbiq edilirmi?

Bir çox hallarda vergi ödəyiciləri arasında Əmək Məcəlləsinin 108-ci maddəsində iş günü hesab edilməyən bayram və ümumxalq hüzn günü öncəsi iş saatlarının 1 saat qısaldılması ilə bağlı suallar yaranır. Belə bir qısaldılma əvəzçilik ilə işləyən iş yerlərində, natamam iş rejimi ilə işləyən iş yerlərində olan işçilərə də tətbiq edilirmi?

Əməkhaqqından tutulmaların aparılması qaydası

Əməkhaqqından tutulmaların aparılması qaydası

Əməkhaqqından icbari ödənişlərin tutulması qaydaları işçi və işəgötürənlər, eyni zamanda insan resursları sahəsində çalışanlar və mühasiblər üçün ən çox maraq doğuran mövzulardandır. Əmək qanunvericiliyi üzrə ekspert Nüsrət Xəlilov 2024-cü ildən əməkhaqqından tutulmaların aparılması qaydasını “vergiler.az”a şərh edir.

12 aydan az işləyib məzuniyyətə çıxan işçinin orta aylıq əməkhaqqının hesablanması

12 aydan az işləyib məzuniyyətə çıxan işçinin orta aylıq əməkhaqqının hesablanması

Əmək Məcəlləsinin tələblərinə görə, 12 təqvim ayından az işləyib məzuniyyətə çıxan işçinin orta aylıq əməkhaqqı onun faktiki işlədiyi tam təqvim aylarına əsasən hesablanır. Məcəllə işçilərin hüquqlarının müdafiəsi məqsədilə işəgötürənlərə belə bir tələb qoyur ki, 12 aydan az işləyib məzuniyyətə çıxan zaman işçi ayın ortası işə qəbul oluna bilər və bu zaman onun orta əməkhaqqı məbləği aşağı olacağı üçün ona məzuniyyət haqqı da az hesablanacaqdır. Bu baxımdan ayın ortası işə qəbul və ayın ortası xitam olarsa, bu, məzuniyyət haqqının hesablanmasında nəzərə alınmayacaq.

Telegram kanalımız