İşçi nə zaman "sınaqdan çıxmış" hesab edilir? - Məsələyə hüquqi baxış

News

İşçi nə zaman "sınaqdan çıxmış" hesab edilir? - Məsələyə hüquqi baxış

“Sınaq müddəti ərzində özünü doğrultmadın”, “sınaq müddətini keçmədin, səninlə işləyə bilməyəcəyik”, “70 “d” ilə əmək müqaviləsinə xitam verilir”.... və sair bu kimi ifadələri az eşitmirik.

Danmıram, bəzən həqiqətən də işçinin işə uyğun gəlmədiyi sınaq müddəti zamanı ortaya çıxır. Çox vaxt isə, əsas səbəb qalır bir kənarda, işçi “sınaq müddəti” adı ilə işdən çıxarılır.

Bəs işçi sınaq müddətini nə zaman keçmiş hesab edilir?

Məsələ burasındadır ki, əgər işəgötürən işçi elə sınaq müddəti bitən kimi vidalaşmaq istəyirsə, o zaman işçiyə üç gün əvvəl yazılı xəbərdarlıq etməlidir. Misal üçün, Lalənin əmək müqaviləsinə əsasən, ona üç aylıq sınaq müddəti təyin edilib, və həmin dövr yavarın 17-si bitir. Lalənin işindən narazı qalan işəgötürən nə etməlidir? Ona yazılı xəbərdarlığı ən geci yanvarın 14-ü göndərməlidir.

Ümumilikdə isə, əgər sınaq müddəti qurtaranadək tərəflərdən biri əmək müqaviləsinin xitamını tələb etməyibsə, işçi sınaqdan çıxmış hesab edilir. Belə olan halda isə, Lalənin əmək müqaviləsinə həmin əsas ilə, yəni Əmək Məcəlləsinin 70-ci maddəsinin “d” bəndi ilə xitam vermək olmaz.

Müəllif: Vəkil Leyla Əkbərova

Telegram kanalımız