• Əsas
  • Şirkətlər
  • Vakansiyalar
  • CV-lər
  • Xəbərlər
  • Məqalələr
  • Haqqımızda
  • Çıxış
  • Qeydiyyat
  • Daxil ol

Müavinət əməkhaqqı hesab edilirmi?

News
09.08.2022

Müavinət əməkhaqqı hesab edilirmi?

Əmək qabiliyyətini müvəqqəti itirməyə görə verilən müavinətdən işsizlikdən sığorta haqqı hesablanmalıdırmı?

Banker.az Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən işsizlikdən sığorta üzrə sığorta tarifləri sığortaedən tərəfindən ödənilən sığorta haqqı üzrə – hesablanmış əməyin ödənişi fondunun 0,5 faizi, sığortaolunan tərəfindən ödənilən sığorta haqqı üzrə – işçinin əməkhaqqının 0,5 faizidir.

Əmək ödənişi – fiziki şəxslərin muzdlu işlə bağlı gəliri hesab olunmaqla özündə əmək haqqını və bu işdən alınan hər hansı ödəməni və ya faydanı cəmləşdirir. Əmək Məcəlləsinin 154-cü maddəsinin müddəalarına əsasən əməkhaqqı müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.

Əmək Məcəlləsinin 157-ci maddəsinin müddəalarına görə əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir. Tarif (vəzifə) maaşı işin mürəkkəbliyi, əməyin gərginliyi və işçinin ixtisas səviyyəsinə görə müəyyən edilən əmək haqqının əsas hissəsidir. Əmək haqqına əlavə əmək şəraiti ilə əlaqədar əvəz ödəmək və ya həvəsləndirmək məqsədi ilə işçinin tarif (vəzifə) maaşına, əmək haqqına müəyyən edilən əlavə ödəncdir. Mükafat əməyin kəmiyyət və keyfiyyətinin yüksəldilməsinə işçinin maddi marağının artırılması məqsədi ilə əmək haqqı sistemində nəzərdə tutulan qaydada və formada verilən həvəsləndirici pul vəsaitidir.

Göründüyü kimi, işsizlikdən sığorta haqqı sığortaolunanın əməkhaqqından, yəni işəgötürən tərəfindən sığortaolunana (işçiyə) pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusundan ibarət məbləğdən hesablanır. İşəgötürən tərəfindən işsizlikdən sığorta haqqı sığortaolunanın əməyin ödəniş fondundan- muzdlu işdən əldə edilən gəlirlərindən hesablanır.

Qeyd olunanlara əsasən işçiyə əmək qabiliyyətini müvəqqəti itirməyə görə verilən müavinət əməkhaqqı hesab edilmədiyindən həmin məbləğə işsizlikdən sığorta haqqı hesablanmır.

Əsas: Əmək Məcəlləsinin 154-cü, 157-ci və “İşsizlikdən sığorta haqqında” Qanunun 9-cu maddələri

Rubrikalar

  • İnsanar Resurları (HR) üçün məqalələr (21)
  • İş axtaranlar üçün məqalələr (40)
  • İşçilərin idarə edilməsi ilə bağlı maliyyə (32)
  • İşləyənlər üçün məqalələr (9)
  • İxtisaslar (9)

Aktivdir

2025-ci ilin ən tələb olunan bacarıqları: işəgötürənlər nə axtarır?

22.04.2025

LinkedIn-də İş Axtarışında Yeni Trend: Qeyri-ənənəvi Bacarıqlar Əsas Rol Oynayır

18.04.2025

ChatGPT artiq həyatimizi necə asanlaşdirir: Süni intellektin gözlənilməz istifadə yollari

12.03.2025

İş yerində stressi necə idarə etməli?

10.03.2025

İşlərin Robotlaşdırılması: Süni İntellektin Əmək Bazarındakı Şok Təsiri

28.02.2025

Uzaqdan işləməyin üstünlükləri və çətinlikləri.

25.02.2025

2030-cu ilə qədər hansı peşələrə daha çox tələbat düşəcək

22.01.2025

İş yerlərinin attestasiyasının keçirilməsi qaydaları

07.01.2025

LinkedIn Profilinizi Necə Təkmilləşdirməli: İşəgötürənlərin Diqqətini Çəkmək Üçün Məsləhətlər

29.12.2024

Gələcəyin İş Dünyasında Ən Çox Əhəmiyyət Kəsb Edəcək İxtisaslar

25.11.2024
Smartjob logo

Cəfər Cabbarlı 44, Caspian Plaza 3

E-Mail:
[email protected]

Telefon:
994502060395

© 2025 https://smartjob.az/. Bütün hüquqlar qorunur

Telegram kanalımız