Çoxnövbəli iş rejimində növbələrin müəyyən olunması – Nümunəli

News

Çoxnövbəli iş rejimində növbələrin müəyyən olunması – Nümunəli

Bə­­­zi mü­­­əs­­­si­­sə və təş­­­ki­­­lat­­­lar məş­­­ğul ol­­­duq­­­la­­­rı fə­­­a­­­ily­­­yət sa­­­hə­­­si­­­nə gö­­­rə ge­­­cə və ax­­­şam vax­­­tı da fə­­a­­­liy­­­yət gös­­­tə­­­rir­­­lər. Əl­­­bət­­­tə ki, bu ida­­­rə və təş­­­ki­­­lat­­­lar­­­da ça­­­lı­­­şan iş­­­çi­­­nin ala­­­ca­­­ğı əmək haq­­­qı gün­­­düz vax­­­tı ça­­­lı­­­şan iş­­­çi­­­nin ala­­­ca­­­ğı əmək haq­­­qı məb­­­lə­­­ğin­­­dən ar­­­tıq ol­­­ma­­­lı­­­dır və bu Nazirlər Kabinetinin müvafiq qərarı ilə tənzimlənir.

Bu yazıda gecə və axşam növbəsində əmək haqqının hesablanması qaydası haqqında deyil, ən çox sual olunan məqamlardan biri – çoxnövbəli iş zamanı növbələrin müəyyən olunması ilə bağlı məsələyə aydınlıq gətirəcəm.

Gəlin nümunə ilə məsələyə aydınlıq gətirək.

Nümunə 1. Fərz edək ki, müəssisədə üç növbəli iş rejimi təşkil edilmiş və növbələr üzrə iş vaxtları aşağıdakı kimidir:

1.     08:00-dan 16:00-dək

2.     16:00-dan 12:00-dək

3.     12:00-dan 08:00-dək

Nümunəyə uyğun olaraq növbələri müəyyənləşdirməzdən öncə qeyd edim ki, gecə vaxtı yerinə yetirilən iş, habelə çoxnövbəli iş rejiminə görə əmək haqqı həddinin müəyyən edilməsi Nazirlər Kabinetinin 5 aprel 2001-ci il tarixli 74 nömrəli qərarı ilə müəyyən edilmişdir. Qərarda, çoxnövbəli iş anlayışından istifadə edilsə də, bu anlayışın izahı verilməmişdir. Buna görə də, çoxnövbəli iş rejimində növbələrin müəyyən olunması ilə bağlı Əmək və Əha­li­nin So­si­al Mü­da­fiə­si Na­zir­li­yi­nin 29 iyul 2001-ci il tarixli 9-1 nömrəli izahatında çoxnövbəli iş rejimi və növbələrin müəyyən olunması öz əksini tapmışdır.

İzahatın 4-cü bəndinə əsasən, çoxnövbəli iş rejimi deyildikdə mülkiyyət və təşkilati-hüquqi formasından, idarə tabeçiliyindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda (fasiləsiz iş axını olan istehsalatlar da daxil olmaqla) gün ərzində iki və daha çox növbədə təşkil olunmuş, növbə müddəti Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 89-cu maddəsinə uyğun olaraq 40 saatlıq iş həftəsində (nahar fasiləsi nəzərə alınmadan) 8 saatdan çox olmayan iş rejimi başa düşülür. Bu halda işçilərin iş rejimi növbə cədvəlləri üzrə qurulur və adətən iş saatları həftələr üzrə bərabər bölüşdürülür.

Onu da qeyd edim ki, iş vaxtının ən azı yarısı gecə vaxtına (axşam. saat 22-dən səhər saat 6-ya qədər) düşən iş növbəsi gecə növbəsi hesab edilir. İş növbəsinin başlanma və qurtarma saatlarından asılı olmayaraq gecə növbəsindən əvvəlki iş növbəsi axşam növbəsi hesab edilir.

İndi isə, verilən izahatlara əsasən nümunəyə uyğun şəkildə növbələri müəyyənləşdirək:

3-cü növbədə iş saatlarının yarısından çoxu (00:00-dan 06:00-dək 6 saat) gecə vaxtına təsadüf etdiyi üçün 3-cü növbə gecə növbəsi, iş növ­bə­si­nin baş­lan­ma və qur­tar­ma sa­at­la­rın­dan ası­lı ol­ma­ya­raq ge­cə növ­bə­sin­dən əv­vəl­ki iş növ­bə­si ax­şam növ­bə­si hesab edildiyi üçün 2-ci növbə axşam növbəsi, 1-ci növbə isə gündüz növbəsi hesab ediləcəkdir.

Əmək və Əha­li­nin So­si­al Mü­da­fiə­si Na­zir­li­yi­nin iza­ha­tı­nın 6-cı bən­di­nə əsa­sən, qa­nun­ve­ri­ci­li­yin tə­ləb­lə­ri­nə uy­ğun ola­raq təş­kil olu­nan di­gər iş re­jim­lə­ri (iş gü­nü­nün his­sə­lə­rə bö­lün­mə­si və s.) çox­növ­bə­li və ya iki növ­bə­li iş re­jim­lə­ri­nə aid edil­mir­lər. Be­lə iş re­jim­lə­rin­də ça­lı­şan iş­çi­lə­rə ge­cə vax­tı­na dü­şən iş vax­tı­nın hər saa­tı­na gö­rə ödənilən haqqla çoxnövbəli iş rejimində çalışan işçilərə ödənilən haqq fərqlidir.

Nü­mu­nə 2. Mü­əs­si­sə­nin fəa­liy­yət sa­hə­si­nə uy­ğun ola­raq iş sa­at­la­rı 16:00 -dan 24:00-dək­dir. İşi­nin tarif maaşı 600 ma­nat­dır. Əmək haq­qı­nın he­sab­lan­ma­sı­na nə­zər ye­ti­rək.

Gö­rün­dü­yü ki­mi bu çox­növ­bə­li iş hesab edilmir. Yal­nız bir növ­bə var. İza­ha­ta gö­rə be­lə hal­lar­da, bu iş re­ji­mi ilə ça­lı­şan iş­çi­lə­rə ge­cə vax­tı­na dü­şən iş vax­tı­nın hər saa­tı­na gö­rə sa­at­lıq ta­rif (və­zi­fə) maa­şı­nın 20 fai­zi həd­din­də əla­və haqq ve­ri­lir.

Ap­rel ayın­da 22 iş gü­nü ol­du­ğu­nu nə­zə­rə al­saq, bir iş saa­tı­na dü­şən əmək haq­qı aşa­ğı­da­kı ki­mi ola­caq:

22 iş günü * 8 sa­at = 176 sa­at

600 Azn / 176 sa­at = 3.40 Azn

İş­çi­nin iş sa­at­la­rın­dan 2 saa­tı ge­cə vax­tı­na tə­sa­düf edir (sa­at 22:00-dan 24:00-dək)

Nor­mal iş sa­at­la­rı­na gö­rə əmək haq­qı: 6 sa­at * 3.40 Azn * 22 iş gü­nü = 448.8 Azn

İş vax­tı­nın ge­cə vax­tı­na dü­şən his­sə­si­nə gö­rə əmək haq­qı: 2 sa­at * (3.40 Azn + 20 %) * 22 iş gü­nü = 179.52 Azn

Ay ər­zin­də iş­çi­yə cə­mi 628.32 Azn məb­lə­ğin­də əmək haq­qı he­sab­la­na­caq­dır.

Ge­cə vax­tı və çox­növ­bə­li iş re­ji­mi­nə gö­rə əmək haq­qı­nın ödə­nil­mə­si za­ma­nı iş­çi­nin sa­at­lıq ta­rif (və­zi­fə) maa­şı­nı tap­maq üçün onun ay­lıq ta­rif (və­zi­fə) maa­şı­nı ödə­niş apa­rı­lan ayın iş vax­tı nor­ma­sı­na böl­mək la­zım­dır.

Nü­mu­nə 3. Fərz edək ki, mü­əs­si­sə is­teh­sa­lat sa­hə­sin­də fəa­liy­yət gös­tə­rir. Və ya xid­mət sa­hə­sin­də otel­çi­lik fəa­liy­yə­ti ilə məş­ğul­dur. Hər iki hal­da mü­əs­si­sə 24 sa­at fəa­liy­yət gös­tə­rir. Bu za­man mü­əs­si­sə­də 3 növ­bə­li iş re­ji­mi tət­biq olu­nur və fərz edək ki, növbələr aşağıdakı şəkildə müəyyən olunmuşdur:

Bi­rin­ci növ­bə – 09:00-dan 17:00-a ki­mi – gün­düz növ­bə­si

İkin­ci növ­bə 17:00-dan 01:00-a ki­mi – ax­şam növ­bə­si (ge­cə növ­bə­sin­dən əv­vəl­ki iş növ­bə­si ol­du­ğu üçün ax­şam növ­bə­si)

Üçün­cü növ­bə 01:00-dan 09:00-a ki­mi – ge­cə növ­bə­si (iş vax­tı­nın əz azı ya­rı­sı ge­cə vax­tı­na 22:00-dan 06:00-dək düş­dü­yü üçün ge­cə növ­bə­si)

Yu­xa­rı­dan da gö­rün­dü­yü ki­mi, bi­rin­ci növ­bə gün­düz növ­bə­si­dir və bu za­man əmək haq­qı adi qay­da­da he­sab­la­na­caq. İki və üçün­cü növ­bə isə ax­şam və ge­cə növ­bə­si ol­du­ğu üçün əmək haq­qı­na əla­və­lər ola­caq­dır. Çoxnövbəli iş zamanı növbələrə görə əmək haqqının hesablanması ilə izahlı şəkildə Əmək qanunvericiliyinin praktiki izahının 2022-ci il nəşrində tanış ola bilərsiniz.

 Müəllif: Nüsrət Xəlilov, İnsan resursları üzrə ekspert


Telegram kanalımız