Əmək haqqı natura şəklində verilə bilər? Nümunələrlə

News

Əmək haqqı natura şəklində verilə bilər? Nümunələrlə

İlk öncə qeyd edək ki, qanunvericiliyə görə əmək haqqı – müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.

Əmək haqqında natura formasında ödənilməsi ilə bağ­lı, Əmək Mə­cəl­lə­si­nin 174-cü mad­də­si­nin 3-cü bən­din­də be­lə qeyd edi­lir:

İş­çi­nin ra­zı­lı­ğı ilə əmək haq­qı­nın 20 fai­zə qə­də­ri mü­tə­na­sib də­yər­li na­tu­ra for­ma­sın­da mü­əs­si­sə­də is­teh­sal edi­lən is­teh­lak mal­la­rı ilə, la­kin­ al­ko­qol­lu iç­ki­lər, 18 ya­şı­na çat­ma­mış iş­çi­lə­rə ener­ge­tik iç­ki­lər, ha­be­lə, tü­tün mə­mu­lat­la­rı, nar­ko­tik va­si­tə­lər və psi­xot­rop mad­də­lər və mül­ki döv­riy­yə­də ol­ma­sı­na yol ve­ril­mə­yən (mül­ki döv­riy­yə­si məh­dud­laş­dı­rıl­mış) di­gər əş­ya­lar­ is­tis­na olun­maq­la, di­gər məi­şət­də iş­lə­di­lən gün­də­lik tə­lə­bat mal­la­rı ilə əvəz edi­lib ve­ri­lə bi­lər.

Əmək haq­qı­nın na­tu­ra şək­lin­də ve­ril­mə­si za­ma­nı əsas üç mə­qa­ma diq­qət et­mək la­zım­dır. Bi­rin­ci­si, na­tu­ra şək­lin­də əmək haq­qı ilə bağ­lı mak­si­mal li­mi­tin 20 fa­iz ol­ma­sı, ikin­ci­si na­tu­ra şək­lin­də ve­ri­lən əmək haq­qı­nın is­teh­lak mal­la­rı və di­gər məi­şət­də is­ti­fa­də edi­lən gün­də­lik tə­lə­bat mal­la­rı ol­ma­sı, üçün­cü­sü isə al­ko­qol­lu iş­çi­ki­lər is­tis­na edil­mək­lə ve­ri­lə bil­mə­si­dir.

Nü­mu­nə 47. Mü­əs­si­sə, qi­da sa­hə­sin­də bir ne­çə çe­şid­də is­teh­lak mal­la­rı­nın is­teh­sa­lı ilə məş­ğul­dur. Mü­əs­si­sə­nin iş­çi­si ra­zı­lı­ğı ilə əmək haq­qı­nın 20 fai­zə qə­də­ri­ni na­tu­ra for­ma­sın­da əl­də edə bi­lər. İş­çi­nin əmək haq­qı­nın 800 ma­nat ol­ma­sı­nı fərz et­sək, işə­gö­tü­rən əmək haq­qı­nın 160 ma­na­ta qə­dər his­sə­si­ni na­tu­ra for­ma­sın­da, 640 ma­na­tı­nı isə pul şək­lin­də kö­çür­mə­li­dir.

Nü­mu­nə 48. Əgər iş­çi al­ko­qol­lu iç­ki­lər is­teh­sa­lı mü­əs­si­sə­sin­də ça­lı­şır­sa, ona əmək haq­qı na­tu­ra şək­lin­də ve­ri­lə bil­məz. Çün­ki, mü­əs­si­sə­nin is­teh­sal et­di­yi məh­sul­lar is­teh­lak mal­la­rı ol­sa da, al­ko­qol­lu iç­ki­lər­dir.


Nüsrət Xəlilov

Telegram kanalımız