Azərbaycanda ən çox əməkhaqqı verən banklar – RENKİNQ

News

Azərbaycanda ən çox əməkhaqqı verən banklar – RENKİNQ

Banker.az olaraq kommersiya banklarının 2020-ci il və 2021-ci il üzrə hər işçiyə düşən orta aylıq əmək haqqı xərclərini araşdırdıq. Məlum oldu ki, bankların bu xərcləri orta aylıq hər bir işçi heyəti üzvünə 1 000 manatdan çoxdur.

Ötənilki  siyahıya da “PAŞA Bank” ASC liderlik edir. Ölkənin üçüncü ən böyük bankı işçilərinə çəkdiyi xərc orta aylıq 4 285 manat təşkil edib, lakin bu öncəki ildən bir qədər zəif göstəricidir. Həmçinin “PAŞA Bank” sonuncu yerdəki bankdan üç dəfə çox hər işçiyə ortraölçüdə çox əməkhaqqı xərci çəkir.

Burada orta aylıq hər işçiyə düşən əməkhaqqı dedikdə, bankın kənar audit tərəfindən hesabatına verilən rəydəki göstəricilər ilə işçi sayına olan nisbət götürülür.

Siyahını ikinci pilləsində 3 421 manatla ABB dayanır. Ölkənin ən iri bankı öncəki illə müqayisədə hər işçiyə düşən orta aylıq əmək haqqını yüksəldə bilib.

Üçüncü yerdə “Yapı Kredi Bank Azərbaycan” QSC-dir və onun bu göstəricisi siyahıda 2 998 manat olaraq qeyd edilir.

Siyahının ən sonunda isə “Günay Bank” ASC dayanır. Onun orta aylıq əməkhaqqı xərci hər işçiyə cəmi 1 308 manat olmuşdur.


Telegram kanalımız