Əmək bazarında ən çox tələb olunan top 5 peşə sahəsi açıqlanıb – SİYAHI

News

Əmək bazarında ən çox tələb olunan top 5 peşə sahəsi açıqlanıb – SİYAHI

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya əmək bazarı üzrə təhlil və tədqiqatlarını davam etdirir.

Nazirlikdən verilən məlumata görə, Milli Observatoriya növbəti dəfə mövcud əmək bazarında ən çox tələb olunan peşə sahələrinin müəyyən olunması üzrə araşdırma aparıb.

Bunun üçün ölkəmizin əmək bazarında 2020-ci ilin may ayından 2022-ci ilin fevral ayına qədərki dövrə aid 25 min iş elanı toplanılaraq təhlil edilib.

Beləliklə, müəyyən olunub ki, əmək bazarında 17.5% göstərici ilə maliyyə-mühasibatlıq üzrə peşə sahiblərinə tələbat liderlik edir.

Digər dördlükdə marketinq və satış (13.9%), İKT və dizayn (10.3%), pərakəndə ticarət (9.1%) və təchizat-logistika (6.2%) üzrə iş elanları yer alır.

Telegram kanalımız