Kredit mütəxəssisi kimdir?

News

Kredit mütəxəssisi kimdir?

Kredit mütəxəssisi – kreditləşmənin yeni effektiv sxemlərini yaradır, faizləri hesablayır, rəqiblərin bazardakı təkliflərini təhlil edir və s. 

Peşənin xüsusiyyətləri:

Bu peşəni ofis daxili hesab etmək düzgün deyil. Proqramı yaratmaq hələ son deyil, onu həyata keçirmək lazımdır. Məsələn, əgər söhbət hər hansı məhsul kreditindən gedirsə, ilk öncə mağaza və avtosalonlar ilə əlaqələri qaydaya salmaq və onların diqqətini öz təklifinizə yönəltməlisiniz.

Kredit mütəxəssisləri kreditləşmənin müxtəlif istiqamətlərində işləyirlər: bəziləri istehlak kreditləri proqramı üzərində, bəziləri ipoteka, bəziləri isə kiçik biznesin kreditləşməsi istiqamətində işləyir.

İş yeri:

Banklar, lizinq şirkətləri, lombardlar, ticarət təşkilatları və s.

Şəxsi keyfiyyətlər:

Əzm, qayğıkeşlik, analitik təhlil qabiliyyəti, məsuliyyətlilik.

Karyera imkanları:

Karyeranı tez zamanda əldə etmək mümkündür. Banklar tək satıcılar ilə deyil, bank nölmələri və ticarət nöqtələrində kredit inspektorları komandasına rəhbərlik edə biləcək menecerlərlə maraqlanır. Peşənin ən ali vəzifəsi kredit şöbəsinin direktorudur.

Kredit mütəxəssisi vakansiyaları burada

Kredit mütəxəssisi kimdir? Kredit mütəxəssisi hansı işləri görür? Kredit mütəxəssisi işi necə tapmaq olar?



Telegram kanalımız