İş müsahibəsində 4 çətin suala cavablar

News

İş müsahibəsində 4 çətin suala cavablar

İşəgötürənlər hazırda işlədiyiniz işdən asılı olaraq müxtəlif suallar verə bilərlər. Və bu sualların məqsədi heç də həmişə üzdə olmur.

 

İş axtaranlar işləyərkən iş axtaranda bir neçə əlavə xal qazanırlar. Bu şəxslərin təcrübəsi, bacarıqları və şəxsi keyfiyyətləri artıq başqa şirkət  tərəfindən qiymətləndirilib və görünür, onlar işçini ştatda saxlamaq üçün müəyyən işlər görürlərki bu işçi hələdə ordadır.

 

Bəs hazırda işi olmayan namizədlər və müsahibə zamanı işəgötürəndən nə gözləməlidirlər? Smartjob.az bu cür namizədlərin qarşılaşa biləcəyi 4 sual, onların mənaları və cavab tövsiyələri hazırlayıb.

 

Axırıncı və ondan əvvəlki işinizi niyə tərk etdiniz?

Gizli məna nədədir: Namizədin hazırda işi yoxdursa, bunun səbəbi nədir? Bəlkə işdə səhv edib və buna görə işdən azad edilib, amma həqiqəti demək istəmir? Təkcə əvvəlki iş haqqında deyil, ondan əvvəl gələn iş haqqında da soruşsanız, cavablar  arasında müəyyən yeni informasiyalar tapmaq olar.

 

Bu tip suala necə cavab vermək daha məsləhətdir: Keçmiş iş yerinizdən şikayət etməyin. Əvvəlki vəzifələrdə qazandığınız faydalı təcrübəyə diqqət yetirərək müsbət cavab verməyə çalışın.

 

Digər yerlərdəndə müsahibəyə dəvət olunmusunuz?

Gizli məna nədədir: Namizəd, nə dərəcədə aktiv iş axtarır? Maraqlıdır, digər şirkətlər buna necə reaksiya verdilər?

 

Bu tip suala necə cavab vermək daha məsləhətdir: Dürüst cavab verin. İş tapmaqda qərarlı oluduğunuzu göstərin. Hansı şirkətdə işləməyin sizin üçün vacib oluğunu, şirkət haqqında araşdırmma aparib məlumatlı olduğunuzu göstərin.

 

İş axtararkən nə edirsiniz?

Gizli məna nədədir: Namizəd boş vaxtlarında özünü təkmilləşdirirmi? Belə bir dövrdə də qarşısına məqsəd qoyub, onlara nail olmağa çalışırmı? Bu barədə danışmaq vaxtıdır.

 

Bu tip suala necə cavab vermək daha məsləhətdir: Siz tənbəl bir adam deyil, çalışqan və maraqlanan bir insan kimi görünməlisiniz.

 

İşsiz olmaq sizə necə təsir etdi? Tez başlamağa hazırsınız?

Gizli məna nədədir: Namizədin öz xüsusiyyətlərində zəif nöqtələri tapmağa çalışmaq lazımdır. Namizədin problemlərin öhdəsindən necə gələ biləcəyini və korporativ mədəniyyətə uyğun olub-olmadığını başa düşməyə dəyər.

 

Bu tip suala necə cavab vermək daha məsləhətdir: Mümkün qədər dürüst olun. Məzuniyyətdən sonra problemlərlə necə məşğul olduğunuz və yeni iş yoldaşları ilə necə ümumi dil tapdığınız kimi keçmiş təcrübələrdən nümunələr gətirin.

 

 

Belə suallar verməklə adətən müsahibə təşkil edənlər onlara qabaqcadan hazırlaşmağın çətin olduğunu düşünürlər. Odurki namizədlərdə hər zaman müsahibəyə getməmişdən öncə müsahibənin necə keçəcəyini əvvəlcədən vizuallaşdırmaq orada hansı sualların olacağını və onlara necə cavab verəcəyini qabaqcadan planlasa onun işə götürülmə şansı artmış olar.

Telegram kanalımız