CV-də hansı maaşı göstərmək daha məsləhətdir?
Bir çox namizədlər öz CV-lərini dərc edərkən, maaş gözləntilərində
hansı məbləği göstərəcəklərinə və ümumiyyətlə göstərməyin lazıım olub
olmadığına şübhə edirlər. Məqsədinizə çatmaq üçün hansı maaşı göstərməyin daha
yaxşı olduğunu araşdıraq.
Çox vaxt işəgötürənlər namizədləri axtarmaq üçün lazım olan
vaxtı minimuma endirməyə çalışır və bununla da peşəkar fəaliyyətlər haqqında hərtərəfli
məlumatla yanaşı, əmək haqqı gözləntilərini də göstərən CV-lərə üstünlük verirlər.
Bu onlara namizədlə bağlı gözləntilərin dəqiqləşdirilməsinə kömək edir.
Hamının axtardığı namizəd
Qabiliyyətlərinizə arxayınsınızsa və bir çox sizin kimi
namizədi öz sıralarında görməkdən məmnun olacağına əminsinizsə, o zaman əvvəlki
iş yerinizdəki maaşa 30% artım qeyd etməklə göstərə bilərsiniz . Nəzərə alın
ki, cv-nizdə sizin sahədə olan məşhur şirkətlərdə işləmisinizsə onları mütləq
qeyd edin.
Əvvəlki iş yerindəki maaş
Ən yaxşı seçim əvvəlki vəzifənizdə aldığınız məbləği göstərmək
olardı. Çox güman ki, bu məbləğ mövcud bazar vəziyyətini əks etdirəcək və
potensial işəgötürən üçün uyğun olacaq. İnflyasiyanın təsirini aradan qaldırmaq
üçün ona 10% əlavə edin. Bu əmək haqqı peşəkar səviyyənizə uyğun gələn maksimum
təklifləri almağa kömək edəcək. Unutmayın ki, müsahibə zamanı siz həmişə gələcək
maaşınızı müzakirə edə bilərsiniz.
Təcili
Bəzilərimizin gözləməyə vaxtı olmur və ona iş təcili lazım
olur. Əgər siz belə situasiyadasınızsa , o zaman əvvəlki maaşdan bir qədər az məbləğ
göstərə bilərsiniz. Bununla belə, iş yerinizi olduqca diqqətlə seçməlisiniz,
çox vaxt vicdansız işəgötürənlər insanların mənəvi cəhətdən ən az müdafiə
olunduğu hallardan istifadə edirlər.