İnsanar Resurları (HR) üçün məqalələr

İşəgötürənlər hansı peşə sahiblərinə daha çox ehtiyac duyurlar?

İşəgötürənlər hansı peşə sahiblərinə daha çox ehtiyac duyurlar?

Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya əmək bazarı və sosial müdafiə sahələrində mövcud vəziyyətin qiymətləndirilməsini, inkişaf meyillərinin öyrənilməsini və monitorinqləri həyata keçirir, bu sahələrdə səmərəli idarəetmə qərarlarının qəbul edilməsi məqsədilə təhlil və proqnozlar hazırlayır. Milli Observatoriya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən publik hüquqi şəxsdir.

Rekruter kimdir və nəyi bilmək vacibdir

Rekruter kimdir və nəyi bilmək vacibdir

Rekruter, ən yaxşı namizədləri komandaya cəlb etmək və işə qəbul üçün məsul olan şirkət işçisidir. Əlaqələr yaratmaq, namizədlər haqqında məlumat bazası yaratmaq, tərəfdaşlarla əlaqələr qurmaq məqsədilə rekruter həm gənclərin nümayəndələri, həm də yüksək ixtisaslı mütəxəssislərlə görüşlər keçirir. Beləliklə, rekruter şirkəti müxtəlif səviyyələrdə və platformalarda təmsil edir.

İşçi heyətin fəaliyyətinin idarəedilməsi və dəyəndirilməsinin önəmliliyi

İşçi heyətin fəaliyyətinin idarəedilməsi və dəyəndirilməsinin önəmliliyi

Fəaliyyətin idarəedilməsi – İnsan Resursları departamenti tərəfindən həyata keçirilən çox vacib və önəmli strateji prosesdir. Bu prosesin daxilində bir sıra tədbirlər həyata keçirilir. O cümlədən, fəaliyyətin nəzərdən keçirilməsi, onun dəyərləndirilməsi,  fərdi inkişaf planlarının tədbiqi və son mərhələdə işçi heyətin fəaliyyətinin qiymətləndirilməsi. Fəaliyyətin idarəedilməsi  ƏFQ-lərin müəyyən edilməsindən və onların fəaliyyətinin idarəetmə prosesinə tədbiq olunmasından başlayır. Rəhbərlik tərəfindən müəyyən edilmiş ƏFQ-lər mütləq şəkildə işçi heyətinin qarşısında qoyulan öhdəliklərdə və hədəflərdə öz əksini tapmalıdır.  Fəaliyyətin idarəedilməsi İnsan Resurslarının digər strateji sahələrlə çox bağlıdır. İllik fəaliyyətin dəyərləndirilməsi əməkdaşların təlim və inkişaf, mükafat və kompensasiya planlarının təşkili  və davamçıların yetişdirilməsində mühüm rol oynayır.

Nahar fasiləsi qanunvericiliklə necə tənzimlənir? – Rusiya, Türkiyə, İngiltərə, ABŞ (Nyu-York ştatı) təcrübəsi

Nahar fasiləsi qanunvericiliklə necə tənzimlənir? – Rusiya, Türkiyə, İngiltərə, ABŞ (Nyu-York ştatı) təcrübəsi

Rusiya Federal Əmək Məcəlləsinin  108-ci maddəsinə əsasən “İş günü (növbə) iş saatlarına daxil edilməyən dövr üçün 30 dəqiqədən az və 2 saatdan çox olmayan müddətə istirahət və qida qəbul etmək üçün vaxt verilməlidir. Təşkilatın daxili qaydalara və ya işçi ilə bağlanmış əmək müqaviləsində iş saatının (növbə) müddəti gün ərzində 4 saatı keçmirsə o halda ona nahar fasiləsi verilməyə bilər.

İşəgötürən işçi barədə mənfi xasiyyətnamə verə bilərmi?

İşəgötürən işçi barədə mənfi xasiyyətnamə verə bilərmi?

Bəzən yeni işə düzəlmək o qədər də rahat alınmır: hər yerdən “Sizinlə əlaqə saxlayarıq”, “vakansiyaya uyğun gəlmirsiniz” cavablarını alırsınız, üstəlik ortada ciddi bir səbəb olmadan. İxtisasınızın, peşənizin və təcrübənizin tamamilə uyğun gəldiyi halda, iş təklifi ala bilmirsiniz. Belə olan halda, istər-istəməz yaranmış problemin səbəbi kimi keçmiş işəgötürənin Sizin haqqınızda mənfi xasiyyətnamə, mənfi rəy verməsindən şübhələnirsiniz.

Distant iş tendensiyası – “King’s College London”un hesabatı

Distant iş tendensiyası – “King’s College London”un hesabatı

Böyük Britaniyada aparılan araşdırmaya görə, londonlular siyasətçilərin, müdirlərin və medianın nə deməsindən asılı olmayaraq gələcəyin hibrid işləmə modelində olduğunu düşünürlər. London Kral Kolleci (King’s College London) Siyasət İnstitutunun araşdırması sübut edir ki, londonlular evdən işləməkdən həzz alırlar. İşçilərin fikrincə, pandemiyadan öncəki beş günlük ofis həyatına qayıtmaq yaxşı fikir deyil.

Telegram kanalımız