Məqalələr

Hazır CV formaları

Hazır CV formaları

Yaxşı formada cv hazırlamaq və onu doldurmaq işə düzəlmək üçün ən vacib amillərdən biridir. Cv yazmaq üçün nümunə axtarırsınızsa bu məqalə köməyinizə çatacaq. Fərqli variantlarda CV hazırlamaq olar. Standart ya da əhatəli bir CV hazırlaya bilərsiniz. Sadə və standart cv forması ad, soyad, əlaqə məlumatları, təhsil vəziyyəti, iş təcrübəsi məlumatlarını yazmaqla doldurulur. Hazır cv forması nümunələrindən istifadə etməklə şəxsi cv nümunəsi hazırlaya bilərsiniz.

Niyə sizi müsahibəyə çağırmırlar? – 4 SƏBƏB

Niyə sizi müsahibəyə çağırmırlar? – 4 SƏBƏB

Beləliklə, artıq bir neçə aydır ki, inadkarlıqla yeni iş yeri axtarırsınız. CV-nizi yeniləmisiniz, bütün səhvləri yoxlamışınız və keçmiş iş yoldaşlarınıza iş axtarışında olduğunuzu demişiniz. Amma… heç nə baş vermir. Siz hər gün elektron poçtunuzu yoxlayırsınız (və hətta “spam” qovluğuna belə daxil olursunuz), lakin müsahibəyə çağrılmadığınızın görürsünüz.

Nahar fasiləsi qanunvericiliklə necə tənzimlənir? – Rusiya, Türkiyə, İngiltərə, ABŞ (Nyu-York ştatı) təcrübəsi

Nahar fasiləsi qanunvericiliklə necə tənzimlənir? – Rusiya, Türkiyə, İngiltərə, ABŞ (Nyu-York ştatı) təcrübəsi

Rusiya Federal Əmək Məcəlləsinin  108-ci maddəsinə əsasən “İş günü (növbə) iş saatlarına daxil edilməyən dövr üçün 30 dəqiqədən az və 2 saatdan çox olmayan müddətə istirahət və qida qəbul etmək üçün vaxt verilməlidir. Təşkilatın daxili qaydalara və ya işçi ilə bağlanmış əmək müqaviləsində iş saatının (növbə) müddəti gün ərzində 4 saatı keçmirsə o halda ona nahar fasiləsi verilməyə bilər.

İşəgötürən işçi barədə mənfi xasiyyətnamə verə bilərmi?

İşəgötürən işçi barədə mənfi xasiyyətnamə verə bilərmi?

Bəzən yeni işə düzəlmək o qədər də rahat alınmır: hər yerdən “Sizinlə əlaqə saxlayarıq”, “vakansiyaya uyğun gəlmirsiniz” cavablarını alırsınız, üstəlik ortada ciddi bir səbəb olmadan. İxtisasınızın, peşənizin və təcrübənizin tamamilə uyğun gəldiyi halda, iş təklifi ala bilmirsiniz. Belə olan halda, istər-istəməz yaranmış problemin səbəbi kimi keçmiş işəgötürənin Sizin haqqınızda mənfi xasiyyətnamə, mənfi rəy verməsindən şübhələnirsiniz.

İşəgötürənin 2022-ci il üçün işçiyə görə öhdəlikləri

İşəgötürənin 2022-ci il üçün işçiyə görə öhdəlikləri

Bu yazımızda 2022-ci il üzrə əməyin ödənişi fondundan işəgötürənin ödəməli olduğu tutulmalar barədə məlumat verəcəyik. Onu da qeyd edək ki, mövcud qanunvericilik 2021-ci ilə münasibətdə əmək haqqı fondundan tutulmalarda xüsusi bir hal kimi tibbi sığortadakı 50%-lik güzəşti aradan qaldırdığını deməyə əsas verir.

Telegram kanalımız