CV yazmağın olar-olmazları?
Demək olar ki, bizlərdən hər biri heç olmasa ömründə bir dəfə işini dəyişmək məcburiyyətində qalıb. Bəs yeni iş yerinin axtarışı nədən başlayır? Əlbəttə ki, yaxşı CV-nin təşkili və vakansiya axtarışından.
Demək olar ki, bizlərdən hər biri heç olmasa ömründə bir dəfə işini dəyişmək məcburiyyətində qalıb. Bəs yeni iş yerinin axtarışı nədən başlayır? Əlbəttə ki, yaxşı CV-nin təşkili və vakansiya axtarışından.
Müsahibəni çox asanlıqla korlamaq olar. Xüsusi ilə əgər siz işəgötürən şəxsdən sizdən əvvəlki işçilər, vəzifə yüksəlmələri barəsində soruşur və tez-tez saata baxırsınızsa. Bax, bu suallar isə müsahibəni əsl fəlakətə çevirməyə qadirdir.
Xoşbəxtlik istəyirsiniz? Onda öz bahalı marketinq və ya İT departamentinin direktoru kostyumunuzu krançının qalın gödəkcəsinə və ya keşiş libasına dəyişin.
İş müddətinin insan həyatında ən vacib amillərdən biri olduğunu desək, yanılmarıq. Günümüzdə, xüsusilə özəl sektorda normadan artıq işləməyə məcbur olan xeyli şəxs var və uzun iş saatları demək olar ki, adi hala çevilməkdədir. Bu isə onları nəinki digər fəaliyyətlərdən məhrum edir, həmçinin sağlamlıqlarını itirmələrinə gətirib çıxarır.
Əmək Məcəlləsinin tələblərinə görə, 12 təqvim ayından az işləyib məzuniyyətə çıxan işçinin orta aylıq əməkhaqqı onun faktiki işlədiyi tam təqvim aylarına əsasən hesablanır. Məcəllə işçilərin hüquqlarının müdafiəsi məqsədilə işəgötürənlərə belə bir tələb qoyur ki, 12 aydan az işləyib məzuniyyətə çıxan zaman işçi ayın ortası işə qəbul oluna bilər və bu zaman onun orta əməkhaqqı məbləği aşağı olacağı üçün ona məzuniyyət haqqı da az hesablanacaqdır. Bu baxımdan ayın ortası işə qəbul və ayın ortası xitam olarsa, bu, məzuniyyət haqqının hesablanmasında nəzərə alınmayacaq.
Bəzən insan işdə özünü həddindən artıq yüklənmiş hiss edir, iş prosesinin stressinə tab gətirə bilmir, gündən-günə geriləyir. İş insanı o qədər yorur ki, o şəxsi və peşəkar inkişafına diqqət ayıra bilmir, irəli getməkdənsə gündən-günə gerilədiyini hiss edir. İnsan işləri yarımçıq saxlayır, bir işi bitirməmiş digərinə keçir. İşlər qalaq-qalaq yığılır, adam bilərəkdən çətin tapşırıqların həll edilməsini ləngidir və nəticədə özünüqiymətləndirmə zəifləyir, digər tərəfdən insan özünü işinə lazımınca sərf edə bilmədiyi üçün vicdan əzabı çəkir.
Auditor fəaliyyəti sahibkarlıq fəaliyyətinin növlərindən biridir. O, iqtisadi subyektlərin mühasibat və maliyyə hesabatlarının müstəqil şəkildə yoxlanılması ilə məşğuldur.
Əmək münasibətlərində hər bir təqvim ili təcrübə deməkdir. Mövcud normalar ilk dəfə işə başlayanların əməyə münasibətinin həvəsləndirilməsi, uzun müddətli təcrübəyə sahib olanların isə əmək fəaliyyətinin dəstəklənməsinə xidmət etməlidir. Bu sağlam əmək münasibətinin formalaşdırılmasında mühüm rol oynamağa imkan verəcək tədbirlərdən sayılır. Beynəlxalq praktikaya diqqət yetirsək müəyyən edə bilərik ki, əmək fəaliyyətinə staj keçmədən başlayan hər bir işçi həmin müddət ərzində əməyə həvəsləndirilir, uzun müddətli təcrübəyə malik şəxslər isə təcrübəsi nəzərə alınmaqla irəli çəkilməyə və ya təcrübəsinə uyğun olaraq dəstək tədbirlərinə cəlb edilir.
Baş mühasib vəzifəsi çox cəlbedicidir – yüksək mövqe, yaxşı əməkhaqqı. Lakin o, çox böyük məsuliyyəti də özündə ehtiva edir. Bu məsuliyyət o qədər ciddidir ki, bəzi mütəxəssislər özlərini oxşar məsuliyyətlə yükləməmək üçün bilərəkdən vəzifələrinin yüksəlməsini istəmirlər. Gəlin aydınlaşdıraq ki, baş mühasib nəyə görə cavabdehlik daşıyır?
Doğru insanları işə götürmək hər bir şirkətin həyatında əsas addımdır. Effektiv işə qəbul prosesi təkcə komanda üçün istedadı tapmır, həm də güclü korporativ mədəniyyəti və məhsuldarlığı artırır. Bu yazıda biz effektiv işə qəbulun əsas prinsiplərinə baxacağıq.